Təbrizin səhənd stadionunda növbəti görüş: “Traxtur”-“Fulad”

Təbrizin səhənd stadionunda növbəti görüş: “Traxtur”-“Fulad”

GünAz TV: Təbrizin “Traxtur” futbol komandası növbəti rəqibini çərşənbə günü səhənd stadionunda qəbul edəcək.

 

İran üzrə futbol klublarının super liqa yarışlarının 15-ci həftəsində “Traxtur” Xuzistanın “Fulad” komandası ilə qarşılaşacaq.

 

Görüş dekabrın 6-ı yerli vaxtla saat 15:00-da başlayacaq.

 

“Traxtur”-“Fulad” görüşünü GünAz TV ekranından canlı olaraq izləyə bilərsiniz.

 

Bu arada builki super liqa yarışlarınıın birinci yarısının bitməsinə bir həftə qalmış “Zob ahən” konadasının 3 oyunçusunun “Traxtur”a cəlb olunacağı barədə xəbər yayılıb. “Zob ahən”ın baş məşqçisi Əmir Qələnoi komandasının əsas güclü oyunçuları Danyal İsmailifər, Mehdi Mehdipur və Ehsan Pəhləvanın əsgərlik xidmətləri səbəbindən “Traxtur”a cəlb olunacaqlarını, bu məsələnin artıq qətiləşdiyini qeyd edib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN