Təbrizin tarixi bazarında Novruz bayramı şənlikləri keçirilir

Təbrizin tarixi bazarında Novruz bayramı şənlikləri keçirilir

GünAz TV: Təbrizin tarixi bazarında Novruz bayramı şənlikləri geniş miqyasda keçirilir.

 

Yerli mətbuatın yaydığı məlumata görə, bayram şənliklərində bir-birindən maraqlı çoxsaylı tədbirlər nəzərdə tutulub.

 

Şənliklər martın 16-dan başlayaraq 4 gün davam edəcək.

 

Bayram şənlinlərində təkəmçilər, aşıq musiqisi, Azərbaycanın qədim oyunları və İlaxır çərşənbə ilə bağlı mərasimlər icra olunacaq.  Törənə qatılan şəhər əhalisi Azərbaycanın qədim geyimləri və əl işləri də tanış ola biləcəklər.

 

Şənlik mərasimləri Əmir Sarayının həyəti və Təbrizin Əl işləri bazarında keçirilir.

 

Novruz bayramı Azərbaycanın adət-ənənələrini, milli ruhunu özündə əks etdirən ən gözəl el şənliyi sayılır. Bu bayram dünya azərbaycanlıları tərəfindən böyük sevinclə qarşılanır.

 

N.S

 

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN