Təbrizli qardaşların “Heyvan” filmi Amerika Denver Film Festivalının öyrənci mükafatını qazandı

Təbrizli qardaşların “Heyvan” filmi Amerika Denver Film Festivalının öyrənci mükafatını qazandı

GünAz TV: “Heyvan” filmi ilə Amerika Denver Film Festivalına qatılan təbrizli rejissorlar əkiz Bəhram və Bəhmən yeni uğura imza atıblar.

 

Məlumata görə, “Heyvan” filmi “Öyrənci film müəllifləri üçün azad dünyanın mükafatı” adı ilə tanınan 40-cı Denver Film Festivalının ən yaxşı qısa metrajlı öyrənci filminin mükafatına layiq görülüb.

 

Festival noyabrın 1-dən 12-dək Amerika Birləşmiş Ştatlarında (ABŞ) keçirilib.

 

Denver Film Dərnəyi tərəfindən keçirilən Denver Film Festivalı dünya üzrə ən önəmli film festivallarından biridir. Dünyanın böyük film müəllifləri əsərlərini bu festivalda nümayiş etdirir.

 

Bundan öncə Ərk qardaşlarının (Bəhmən və Bəhram) “Heyvan” filmi Kann Film Festivalının Cinéfondation Seçiminin ikincilik mükafatına layiq görülüb. Film  Braziliya və İzmir festivallarında isə “ən yaxşı rejissor işi” və ən yaxşı film mükafatlarını qazanıb.

 

“Heyvan” filmində sərhədi keçərək ölkədən çıxmaq istəyən bir kişinin hekayəsindən bəhs edilir. Filmdə heç bir dialoq yoxdur.

 

Bəhmən və Bəhram Ərk daha əvvəl türk dilində uzun metrajlı “Soyuq” filmini çəkiblər. Təbrizdə çəkilmiş "Soyuq" filmi İranın Uşaq Filmləri Festivalında “Ən yaxşı rejissor işi” (Bəhram və Bəhmən Ərk) və “Ən yaxşı qadın rolu” (Nəsrin Muradi) kateqoriyaları üzrə mükafatlardan başqa həm də “Münsiflər Heyətinin Xüsusi mükafatı”nı alıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN