Təbrizli rejissorlar əkiz Bəhram və Bəhmən yenə güneyliləri sevindirdilər

Təbrizli rejissorlar əkiz Bəhram və Bəhmən yenə güneyliləri sevindirdilər

GünAz TV: Ərk qardaşları Braziliya və İzmir festivallarınının birincilik mükafatına layiq görülüb.

 

Məlumata görə, “Heyvan” filmi ilə 27-ci Braziliya «Curta cinema» Film Festivalına qatılan Bəhram və Bəhmən “ən yaxşı rejissor işi” üzrə festivalın mükafatını qazanıblar.

 

Festival noyabrın 1-dən 8-dək Braziliyanın Rio de Janeiro şəhərində keçirilib.

 

Həmin gün 18-ci İzmir Film Festivalının ən yaxşı film mükafatı da “Heyvan” filminə verilib. Bununla da bu film bir gündə iki beynəlxalq festivalda mükafat qazanıb.

 

Bundan öncə Ərk qardaşlarının (Bəhmən və Bəhram) “Heyvan” filmi Kann Film Festivalının Cinéfondation Seçiminin ikincilik mükafatına layiq görülüb. “Heyvan” filmində sərhədi keçərək ölkədən çıxmaq istəyən bir kişinin hekayəsindən bəhs edilir. Filmdə heç bir dialoq yoxdur.

 

Bəhmən və Bəhram Ərk daha əvvəl türk dilində uzun metrajlı “Soyuq” filmini çəkiblər. Təbrizdə çəkilmiş "Soyuq" filmi İranın Uşaq Filmləri Festivalında “Ən yaxşı rejissor işi” (Bəhram və Bəhmən Ərk) və “Ən yaxşı qadın rolu” (Nəsrin Muradi) kateqoriyaları üzrə mükafatlardan başqa həm də “Münsiflər Heyətinin Xüsusi mükafatı”nı alıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN