Təbrizlilərin koronavirus epidemiyasının yayılmasına qarşı fərqli təşəbbüsü - FOTO

Təbrizlilərin koronavirus epidemiyasının yayılmasına qarşı fərqli təşəbbüsü - FOTO

GünAz TV: Güney Azərbaycanın Təbriz şəhərində əhali başqa şəhərlərdən gələn qonaqları güllərlə qarşılayaraq geri qayıtmalarını istədi.

 

 

GünAZ TV yerli informasiya saytlarına istinadən xəbər verir ki, infeksiyanın kəskin şəkildə yayıldığı Təbrizdə əhali Tehran-Təbriz avtomobil yolu girəcəyindən şəhərə daxil olmaq istəyən sərnişinlərə güllər verərək onların geri dönməsini xahiş ediblər.

 

 

 

Təbriz Tibb universitetinin rəisi Məhəmməd Hüseyn Somi ötən gün epidemiyanın daha geniş yayılmasının qarşısını almaq üçün şəhərlər arası nəqliyyatın məhdudlaşdırlmasının zəruri olduğunu vurğulasa da, İran hökuməti bununla bağlı heç bir tədbir görməyib.

 

 

 

 

 

Güney Azərbaycanın Şərqi Azərbaycan əyaləti və mərkəzi Təbrizdə koronavirusa yoluxanların və infeksiyadan ölənlərin kəskin artmasına baxmayaraq əyalət valisi hökumətin önləyici “tədbirlərinin nəticə verməsini” və xəstəliyə yoluxanların sayının azalmasını iddia edib.

 

Məhəmməd Rza Purməhəmmədi İranın “Xəbər” telekanalı ilə müsahibədə əyalətdə “koronavirus infeksiyasına yoluxanların və bu infeksiyadan ölənlərin sayının azalmağa doğru getdiyini” iddia edib.

 

O, bu iddiaları valilik yanında Koronavirusla Mübarizə Qərargahının iclasında da təkrarlayıb.

 

 

 

Purməhəmmədi bir halda bu iddiaları irəli sürüb ki, Təbriz Tibb Universitetinin rəis müavini Ruzbeh Rəcayi əyalətdə koronavirusa yoluxanların sayının artıq 1005 nəfərə çatdığını bildirib.

Onun sözlərinə görə, Şərqi Azərbaycanda son 24 saat ərzində daha 68 nəfərdə koronavirus infeksiyası aşkarlanıb.

 

 

Rəcayi, keçən gün daha doqquz nəfərin koronavirus infeksiyasından öldüyünü və beləliklə əyalətdə qurbanların sayının 97 nəfərə çatdığını bildirib.

 

 

Rəcayi daha öncə rəsmilər tərəfindən açıqlanan rəqəmlərin sadəcə test üçün səhiyyə mərkəzlərinə müraciət edənlərə aid olduğunu vurğulamışdı. 

.

 

 

Qeyri-rəsmi mənbələr İranda, o cümlədən Güney Azərbaycan əyalətlərində koronavirusa yoluxan və bu xəstəlikdən ölənlərin sayının rəsmi statistikadan qat-qat artıq olduğunu bildirir.

 

 

Epidemiyanın yayıldığı gündən etibarən Güney Azərbaycan bölgələri arasında ən yüksək yoluxma və itki faktı Şərqi Azərbaycan əyalətində qeydə alınıb. 

 

 

İranda koronavirusa yoluxma faktı ilk dəfə Qum şəhərində qeydə alındıqdan sonra hökumət şəhəri karantinə almağa qarşı çıxaraq virusun bütün ölkəyə, o cümlədən Güney Azərbaycana yayılmasına, yüzlərcə insanın qurban olmasına yol verdi.

 

Ü.F


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN