“Təhsil nazirinə Urmu gölünün dərsliklərdən silindiyi barədə sual verəcəm”- Azərbaycanlı millət vəkili

“Təhsil nazirinə Urmu gölünün dərsliklərdən silindiyi barədə sual verəcəm”- Azərbaycanlı millət vəkili

GünAz TV: Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili Nadir Qazipur İranın Təhsil nazirinə Urmu gölü ilə bağlı sual ünvanlayacağını bildirib.

 

O bu barədə “Fars” xəbər agentliyinə danışıb.

 

Millət vəkilinin sözlərinə görə, İranın Təhsil naziri Parlamentin Təlim və Təhqiqat Komissiyasının bu həftəki iclasında deputatların suallarını cavablandıracaq.

 

“Mən nazirə “nə üçün dərsliklərdəki İran xəritəsindən Urmu gölünü silibsiniz?” sualını verəcəm, o buna cavab verməlidir”- deyə Nadir Qazipur bildirib.

 

Bundan öncə Təhsil Nazirliyi məktəb dərsliklərində Urmu gölünü xəritədən çıxarıb. Bu məsələ yerli əhali və bir sıra məsulların etirazına səbəb olub, nazirliyə etirazlar hələ də davam edir.

 

Urmu gölü o halda dərsliklərdən silinir ki, bu göldə böhran getdikcə dərinləşir. Urmu Gölünü Canlandırma Mərkəzinin rəsmilərinin dediyinə görə, göldə suyun səviyyəsinin aşağı düşməsi prosesi davam edir, gölün sulu sahəsi isə 90 faizdən çox kiçilib. Vəziyət belə davam edərsə ətraf bölgələrdə yaşayan 14 milyon azərbaycanlının həyatı ciddi təhlükə ilə üz-üzə qalacaq. Dövlət isə gölün canlandırılması uğrunda hər hansı əməli tədbir görmək əvəzinə onu əhaliyə unutdurmağa çalışır.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN