Təşkilatların tərəfsiz olmaması türk-fars davasını şiddətləndirir – Mustafa Acorlu

Təşkilatların tərəfsiz olmaması türk-fars davasını şiddətləndirir – Mustafa Acorlu

GünAz TV: Təbrizin “Traxtur” futbol komandasının icrası direktoru Mustafa Acorlu İran Futbol Federasiyası və Teleradio Şirkəti kimi orqanların tərəfsiz olmamasını, türk-fars davasını şiddətlənməsinə səbəb kimi göstərib.

 

O bu barədə bazar günü İran super liqa yarışlarının Püşkatma mərasimi zamanı danışıb.

 

“Bizim amatör futbolumuz, peşəkar futbolla çox fərqlənir. Bir müddət öncə Türkiyənin “Beşiktaş” klubuna baxış keçirmək üçün qonşu ölkəyə səfər etdim. Orada gördüm ki, onlar həqiqətən də peşəkar futbolla maşğuldular. Tamaşaçı bilet alır və stadiona gəlir. Televizyon yayımı üçün pul ödənilir və s. Onlar həqiqətən də futbola peşəkarcasına yanaşırlar”- deyə o bildirib.

 

M.Acorlu sözlərinin davamında deyib: “İranda bizim jurnalistlər peşəkar deyil. Mən özüm də tehranlıyam. Ama Təbrizə gəldikdən sonra başa düşdüm ki, tehranlı jurnalistlər ancaq “İstiqlal” və “Perspolis”in xəbərlərini manşetdə görmək istəyir. Hətta Teleradio Şirkəti də bu kimi məsələlər də tərəfsiz deyil. Siz gördünüz ki, Alişah və Nurullahi ətafında baş verən söhbətlər zamanı televiziyada deyirdilər ki, onlar nəyə görə “Mələvan” komandasına qoşulmur?!”

 

“Mən Purməhəmmədiyə dedim ki, nə üçün ancaq “İstiqlal” və “Perspolis” komandalarının görüşü ekrana çıxarılır? Əgər meyarınız güclü komandalar olsa belə, yenə də turnir cədvəlinin birinci 4 komandasının görüşləri ekrana çıxarılmalıdır. Bu göstərir ki, futbol iqtisadiyyatı da elə bu iki komanda ilə məhdudlaşır və digər komandaların maliyyə məsələləri unudulur”- deyə M.Acorlu qeyd edib.

 

“Traxtur” klubunun icraçı direktoru Azərbaycan komandasının görəşlərinin rəsmi kanallarda yayımlanmaması məsələsini xüsusi olaraq qabardıb. “Televiziyalar yalnız “İstiqlal” və “Perspolis”in görüşlərini göstərirsə, o zaman Acorlu nə edə bilərki?! Əgər bir türk komandasının görüşü ekrana çıxarılsaydı, sübhisiz ki, Şərqi və Qərbi Azərbaycan, Həmədan, Zəncan, Ərdəbil və hətta Kərəcdən çox sayda insan televiziya önündə oturub seyr edərdi. Bu səbəb olardı ki, futbol oyunu 18 milyon izləyici tərəfindən seyr edilsin”- deyə o əlavə edib.

 

Mustafa Acorlu, bir jurnalistin türklər və farsların ənənəvi davasına dair sualını belə cavablandırıb: “Azərbaycan əhalisi yüksək mədəniyyətə malik olduğu üçün, belə bir davaya əhəmiyyət vermir. Pantürkist də yoxdur. Peşəkar futbol hər zaman tərəfsizdir. Bu məsələlər düzgün idarə olunarsa, oyunlar zamanı türk-fars davası da baş verməz.”

 

M.Acorlu 14-cü super liqada “Traxtur” komandasına qarşı edilən haqsızlıqdan da danışıb.

“Əgər bizi o qələbədən məhrum etməsəydilər, xaricilərin bizə təhmil etdiyi bugünki dava da öz həllini tapardı. Bütün komandaların görüşləri əsas televizyon kanallarında yayımlanalıdır. Belə olan halda qövmlər arasında birlik də yaranar və artıq türk-fars davasına şahid olmarıq.”

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN