“Traxtur”a cəlb olunan yeni oyunçularla bağlı açıqlama

“Traxtur”a cəlb olunan yeni oyunçularla bağlı açıqlama

GünAz TV: Təbrizin “Traxtur” futbol komandasının icraçı direktoru Kazim Mahmudi komandasına cəlb olunan oyunçularla bağlı yayılan xəbərləri şərh edib.

 

O bu barədə Səhənd telekanalının “Moc-i futbol” proqramında danışıb.

 

“Mehdi Torabinin “Traxtur” komandasına əsgər kimi cəlb olunması xəbəri doğru deyil, belə bir plan ümumiyyəylə gündəmdə yoxdur. Lakin komandaya bir güclü qapıçı cəlb olunacaq. Biravəndin “Traxtur”a gətirilməsi məsələsi isə gündəmdən çıxmayıb”- deyə o bildirib.

 

“Traxtur” və “İstiqlal”ın keçmiş oyunçusu əlavə edib ki, “Əşkan Dejaqe “Traxtur” oyunçularının siyahısında yoxdur, onunla komandaya cəlb olunması barədə heç bir müzakirə də aparılmayıb.”

 

““Traxtur”a yeni cəlb olunan oyunçular Xuzistanın “İstiqlal” komandası ilə görüşdə iştirak edəcək, bu barədə heç bir şübhə yoxdur. Hətta Futbol Federasiyası və Şərqi Azərbaycan Futbol Heyəti ilə koordinasiya edildikdən sonra yeni oyunçulara üzvlük kartı da verilib. Onlar artıq “Traxtur” komandasının tərkibində oynayacaqlar”- deyə K.Mahmudi əlavə edib.

 

Qeyd edək ki, İranda bir çox təzyiqlərə məruz qalan “Traxtur” klubu, bu il maliyyə problemi ucbatından FİFA-nın oyunçu transferi qadağası ilə üzləşib. Son həftələrdə baş məşqçi və oyunçuların borcunu ödəyən Azərbaycan klubu, mövsümün ikinci yarısına hazırlıq məqsədi ilə yeni oyunçular cəlb etməyə çalışır.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN