“Traxtur” bu lisenziya ilə dünyanın peşəkar klublarından birinə çevrilib

“Traxtur” bu lisenziya ilə dünyanın peşəkar klublarından birinə çevrilib

GünAz TV: Güney Azərbaycanın “Traxtur” futbol komandası növbəti dəfə dünya üzrə böyük şöhrət qazanıb.

 

Bu barədə “Traxtur” klubunun icraçı direktoru Qulamrza Sadiqiyan mətbuata məlumat verib.

 

“Liqa Təşkilatının Peşəkarlıq üzrə Lisenziyalaşdırma Komitəsinin müvafiq rəyi əsasında “Traxtur” klubuna beynəlxalq lisenziya verilib. “Traxtur”un dünyanın peşəkar klublarından birinə çevrilməsi klub sahibinin əsas hədəflərindən biri olub. Artıq klub bu hədəfinə çatıb və super liqada təmsil olunan 6 klubdan biridir ki, belə bir lisenziya almağa nail olub. Bu, klub rəhbərliyinin uzun müddət səyinin nəticəsində baş verib.”- deyə o bildirib.

 

“Traxtur”un əldə etdiyi yeni nailiyyətlə bağlı klub rəhbərliyinə öz təşəkkürünü bildirən Qulamrza Sadiqiyan təmsil etdiyi klubun ötən illərdəki borclarına da toxunub. ““Traxtur” indiki sahibinə ötürüldükdən sonra, klubun 170 nəfərə olan borcu ödənilib. Bu sözügedən lisenziyanı əldə etmək üçün mühüm məsələ idi.”- deyə o əlavə edib.

 

Məşhur "transfermarkt" saytı oktyabrın 3-də ev oyunlarında ən çox azarkeş toplayan klubların reytinq cədvəlini açıqlamışdır. Dünya üzrə hesablanan reytinqə görə "Traxtur" klubu "Real" və "Arsenal" kimi dünya şöhrətli klubları geridə qoyaraq 5-ci yerdə qərarlaşmışdır. Bu nailiyyətdən bir neçə gün sonra “Traxtur”un dünyanın peşəkar klublarından birinə çevrilməsi böyük əhəmiyyət kəsb edir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN