“Traxtur” dünra üzrə ev oyunlarında ən çox azarkeş toplayan komandalar arasında 5-ci olub

“Traxtur” dünra üzrə ev oyunlarında ən çox azarkeş toplayan komandalar arasında 5-ci olub

GünAz TV: Məşhur "transfermarkt" saytı oktyabrın 3-də ev oyunlarında ən çox azarkeş toplayan klubların reytinq cədvəlini yayıb.

 

Dünya üzrə hesablanan reytinqə görə Güney Azərbaycanın "Traxtur" klubu 5-ci yerdədir. Klub "Real" və "Arsenal" kimi dünya şöhrətli klubları geridə qoyub.

 

"Traxtur"un ev oyunlarına - orta hesabla 66 min 833 azarkeş gəlir. İlk "4-lüy"ü Dortmund "Borussiya"sı (81 min 368), "Barselona"  (77 min 031), "Bayern Münhün" (75 min) və "Mançester Yunayted" (73 min 432) tutur.

 

Reytinq cədvəlində komandaların bütün azarkeşləri deyil, yalnız oyun zamanı stadionlara toplaşan azarkeşlərın sayı  nəzərdə tutulub.

 

“Traxtur” 2006-cı ildə Asiya komandaları arasında ən çox azarkeşı olan klub olub.

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN