“Traxtur” ən prinsipial rəqibi ilə qarşılaşacaq – Tehranda

“Traxtur” ən prinsipial rəqibi ilə qarşılaşacaq – Tehranda

GünAz TV: Təbrizin “Traxtur” futbol komandası ən prinsipial rəqibi sayılan Tehranın “İstiqlal” komandası ilə qarşılaşacaq.

 

İran üzrə futbol klublarının super liqa yarışlarının 3-cü həftəsində keçiriləcək görüş, avqustun 11-i yerli vaxtla saat 20:45-də Tehranın Azadi stadionunda başlayacaq.

 

“Traxtur”la “İstiqlal”ın oyunu hər zaman ən həssas və prinsipial oyunlardan olub, komandaların tərəfdarları arasında müxtəlif hadisələr baş verib. Ona görə də, cümə günü Tehranda keçiriləcək görüş zamanı çox sayda soydaşımızın tamaşaçı qismində iştirak edəcəyi gözlənilir.

 

“Traxtur” avqustun 3-də Tehranın digər komandası “Perspolis”i Təbrizin səhənd stadionunda qəbul etmişdir. Qonaq komandanın xeyirinə yekunlaşan görüş, “Çətəçilər”in virtual aləmdə azərbaycanlı fəallara qarşı təxribat apardıqları günlərə təsadüf etdiyi üçün, stadionda “Dirəniş çətəsi məhkumdur” plakatı nümayiş etdirildi. Gənc fəalların qaldırdığı plakat hər kəsin diqqətini çəkmişdir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN