“Traxtur”-“Fulad” görüşü bərabər hesabla sona çatıb

“Traxtur”-“Fulad” görüşü bərabər hesabla sona çatıb

GünAz TV: Bu gün Təbrizin səhənd stadionunda bu şəhərin “Traxtur” futbol komandası ilə Xuzistanın “Fulad” takımı arasında görüş keçirilib.

 

İran üzrə futbol klublarının super liqa yarışlarının 15-ci həftəsində keçirilən görüş Təbriz vaxtı ilə saat 14:00-da başlayıb, oyun 1:1 bərabər hesabla sona çatıb. İlk qol “Fulad”ın oyunçusu Sabir Hərdani tərəfindən oyunun 66-cı dəqiqəsində vurlub, Hesab Məhəmmədrza Mehdizadənin 78-ci dəqiqədə vurduğu qolla bərabərləşib.

 

Bu nəticədən sonra “Traxtur” 17 xalla (imtiyaz) müvəqqəti olaraq turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

 

Stadionda “Traxtur” tərəfdarları şüar səsləndirərək Futbol Federasiyası tərəfindən müvəqqəti olaraq komandanın tərkibinə qatılmasına qadağa qoyulan Mehdi Kiyanini oyunda görmək istədiklərini bildiriblər.

 

Təbrizi super liqa yarışlarında təmsil edən digər komanda “Qostəreşe fulad” isə Məşhəddə bu şəhərin “Pədidə” komandası ilə qarşılaşıb, Azərbaycan komandası rəqibini 2:0 hesabı ilə məğlub edib.

 

“Qostəreşe fulad”ın oyunçuları Rza Xaliqifər 30-cu, Peyman Babayi isə 89-cu dəqiqədə qol vurublar. Azərbaycan komandası  bu nəticədən sonra müvəqqəti olaraq turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN