GünAz TV: Güney Azərbaycanın “Traxtur” futbol komandası dünən İsfahanda keçirilən görüşdə uğursuz çıxış edib.
İran üzrə futbol klublarının super liqa yarışlarının 10-ci həftəsində “Traxtur” komandası “Sepahan” klubunun qonağı olub.
Noyabrın 5-i Təbriz vaxtı ilə saat 15:30-da “Nəqşi Cahan” stadionunda keçirilən görüş 2:0 hesabı ilə ev sahibinin xeyirinə yekunlaşıb.
Bu hesab “Traxtur”un turnir cədvəlində geriləməsinə səbəb olub. Turnir cədvəlində liderlik edən “Sepahan” isə xallarının sayını artıraraq mövqeyini daha da gücləndirib.
N.S