“Traxtur”-“İstiqlal” görüşü keçirildi: Ettelaat əməkdaşı jurnalist rolunda “Traxtur” tərəfdarlarını kameraya çəkdi

“Traxtur”-“İstiqlal” görüşü keçirildi: Ettelaat əməkdaşı jurnalist rolunda “Traxtur” tərəfdarlarını kameraya çəkdi

GünAz TV: Tehranın Azadi stadionunda bu şəhərin “İstiqlal” komandası ilə Təbrizin “Traxtur” takımı arasında görüş keçirilib.

 

İran üzrə futbol klublarının super liqa yarışlarının 3-cü həftəsində keçirilən görüş cümə günü yerli vaxtla saat 20:45-də baş tutub.

 

Oyun 1:0 hesabı ilə ev sahibinin xeyirinə yekunlaşıb. Qol 41-ci dəqiqədə “İstiqlal”ın özbək oyunçusu Sərvər Cabbarov tərəfindən vurulub.

 

Oyun zamanı diqqət çəkən məqamlardan biri jurnalist adı ilə stadiona gələn bir şəxsin “Traxtur” tərəfdarlarını kameraya çəkməsi olub. Böyük ehtimalla Ettelaat (İran Kəşfiyyat Nazirliyi) əməkdaşı olan şəxs, kamerasını 45 dəqiqə stadionun bir nöqtəsi yəni “Traxtur” tərəfdarlarına tuşlayıb.

 

Jurnalist adlanan gizli məmurlar belə materialları Ettelaat İdarəsinə təhvil verirlər.

 

Sözü gedən şəxsin “Traxtur” tərəfdarlarını kameraya çəkməsini aşağıdakı Videodan izləyə bilərsiniz:

https://www.youtube.com/watch?v=3vPt-DD_N2M

 

https://www.youtube.com/watch?v=_20POyFklLA

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN