“Traxtur”-“İstiqlal” oyunu zamanı səhənd stadionu təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb – VİDEO / GÖRÜNTÜ

“Traxtur”-“İstiqlal” oyunu zamanı səhənd stadionu təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb – VİDEO / GÖRÜNTÜ

GünAz TV: Yanvarın 5-də Təbrizin səhənd stadionunda bu şəhərin “Traxtur” və Tehranın “İstiqlal” komandaları arasında görüş keçirilib. Görüş zamanı stadion təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb.

 

Oyunu izləmək məqsədilə Azərbaycan şəhərlərindən Təbrizə gələn “Traxtur” tərəfdarlarının avtomobilləri isə yoxlama məntəqələrində dayandırılıb. Məlumata görə, soydaşlarımızın stadiona gətirmək istədikləri yazılı plakat və bayraqlar onlardan alınıb. Sofiyan-Təbriz yolunda hərəkət edən avtomobillərin əksəriyyətinin yoxlanıldığı bildirilir.

 

Bütün təzyiqlərə baxmayaraq stadionda tamaşaçı qismində içtirak edən 60 mindən çox soydaşımız bir çox milli şüarlar səsləndiriblər.

 

https://www.youtube.com/watch?time_continue=4&v=ZJucotxxhfk

 

 

Səhənd stadionunda fars irqçilərinə cavab olaraq “Ərəb körfəsi” banneri də nümayiş etdirilib.

 

 

Görüş zamanı səhənd stadionunun hər tərəfini təhlükəsizlik qüvvələri bürüyüb.

 

https://www.youtube.com/watch?v=-vriRN7AecQ

 

https://www.youtube.com/watch?v=EbGd9hBTSGw

 

https://www.youtube.com/watch?v=eYMBSefKfUM

 

https://www.youtube.com/watch?v=lPawcntqPWY

 

https://www.youtube.com/watch?v=5bJoKJpYFR0

 

 

 

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN