“Traxtur” klubu “Azərsel” adlı mobil rabitə operatoru istifadəyə verəcək

“Traxtur” klubu “Azərsel” adlı mobil rabitə operatoru istifadəyə verəcək

GünAz TV: Təbrizin “Traxtur” futbol klubu “Azərsel” adlı mobil rabitə operatoru istifadəyə verəcək.


Bu barədə klubun icraçı direktoru Mustafa Acorlu iqtisadi sendika və dərnək müdirlərinin keçirdiyi tədbirdə çıxışı zamanı məlumat verib.

 

“Bugünkü dünyada futbol həm də bir iqtisadi iş sayılır. Bunu nəzərə alaraq biz bu həftə bir müqaviləyə imza atdıq, müqaviləyə əsasən “Traxtur” klubu “Azərsel” adlı mobil rabitə operatoru istifadəyə verəcək. “Azərsel” ölkədə mövcud olan digər mobil rabitə operatorları ilə yanaşı fəaliyyət göstərəcək. Biz komanda tərəfdarlarından yeni operatordan istifadə etməyi xahiş edəcəyik”- deyə o bildirib.

 

Klubun icrası direktoru sözlərinin davamında deyib: “İki milyon “Traxtur” tərəfdarları klubun sim kartından istifadə edərsə, klub bundan çoxlu gəlir əldə edəcək. Hələ 5 milyon sim-kart sata bilsək, klubun artıq maliyyə problemi qalmayacaq.”


Hazırda klubun 200 milyard rial borclu olduğunu bildirən M.Acorlu “Traxtur” tərəfdarlarına kluba yardımetmə yollarını da göstərib. “Biz klubun iqtisadi vəziyyətini düzəltmək üçün Kövsər bankı, İran və Razi siğortalarından faydalanırıq, “Traxtur” tərəfdarları qeyd etdiyim bankda hesab açaraq doğma komandalarına yardım edə bilərlər”- deyə o əlavə edib.

 

M.Acorlu təmsil etdiyi klubun yaxın gələcəkdə “Kulak” mineral su və nağd pulu əvəz edən ödəniş  kartlarının satışı ilə də məşğul olacağını diqqətə çatdırıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN