“Traxtur” klubu irqçilərin səsləndirdiyi təhqiramiz şüarlara görə “Perspolis”dən şikayət etdi

“Traxtur” klubu irqçilərin səsləndirdiyi təhqiramiz şüarlara görə “Perspolis”dən şikayət etdi

GünAz TV: Xəbər verdiyimiz kimi, dekabrın 29-da Tehranın Azadi stadionunda bu şəhərin “Perspolis” komandası ilə Təbrizin “Traxtur” takımı arasında görüş keçirilib. Görüşdə “Perspolis”in 60 min fars tərəfdarı öncədən planlaşdırılmış bir şəkildə Azərbaycan türk millətinin ünvanına təhqiramiz şüar və söyüşlər səsləndiriblər.

 

Məsələ ilə bağlı Azərbaycan klubu İran Futbol Federasiyasının İnzibati Komitəsinə şikayət edib.

 

Bu barədə “Traxtur” klubunun rəsmi saytında məlumat yayılıb.

 

Şikayətdə beynəlxalq və daxili qanunlar əsasında təqsirkarların cəzalandırılması tələb olunub.

 

“Beynəlxalq qanunlara görə, hansısa klubun tərəfdarları insanları mənsub olduğu din, irq, dil, soy və dərisinin rənginə görə təhqir edərsə, o zaman hakim oyunu dayandıra bilər. Təhqirlər davam etdiyi təqdirdə oyun ümumiyyətlə ləğv olunmalıdır”- deyə şikayət məktubunun bir hissəsində qeyd olunub.

 

“Traxtur” klubu həmçinin vurğulayıb ki, ““Perspolis” tərəfdarları oyun boyu türk və fars dillərində çox ağır söyüşlər səsləndirdilər. Bütün bunların futbolla heç bir əlaqəsi yoxdur, qövm və irqi zəmində təhqirdən başqa heç nə deyil...”

 

Şikayətdə FİFA və İran Futbol Federasiyasının nizamnaməsində irqçiliyin qadağan olunduğu da xüsusu xatırladılıb.

 

Qeyd edək ki, Azadi stadionunda baş verən hadisələrlə bağlı bir çox yerli azərbaycanlı məsul öz etirazını bildirib. Oyundan bir neçə gün keçməsinə baxmayaraq heç bir rəsmi şəxs bu hərəkəti pisləməyib.

 

Mövzu ilə bağlı əlavə məlumat almaq üçün aşağıdakı xəbərləri oxuya bilərsiniz:

Azərbaycanlı millət vəkillərindən Tehranın Azadi stadionunda türklərin təhqir edilməsinə reaksiya – VİDEO

Azadi stadionunda səsləndirilən təhqiramiz şüarlarla bağlı “Perspolis” klubuna etirazlar davam edir

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN