“Traxtur” klubundan növbəti etiraz: “Düzgün hakimlər seçilsin...”

2017-11-23 08:00

GünAz TV: Təbrizin “Traxtur” futbol klubu hakim idarəçiliyinə növbəti dəfə etiraz edib.

 

Bu barədə klubun icraçı direktoru Mustafa Acorlu İran Liqa Təşkilatının rəisi Heydər Bəharvəndə etiraz məktubu göndərərək “Perspolis”, “İstiqlal”, “Siyah Cameqan” və “Sepahan” komandaları ilə görüşdə hakimlərin yanlış qərarlarına etiraz bildirib.

 

“Bundan öncə “Traxtur”un oyunlarında hakimlərin səhvləri barədə çoxlu yazışmalarımız olub. Biz dəfələrlə həm Liqa Təşkilatı, həm də Hakimlər Komitəsindən hakimlərin seçimində diqqətli olmalarını istəmişik. Buna baxmayaraq yenə də hakimlərin silsilə yalnışlarına şahid oluruq. Mən “Perspolis”, “İstiqlal” və “Siyah Cameqan”la oyunlarda hakimlərin “Traxtur” klubu və onun tərəfdarlarına qarşı etdiyi zülmü nəzərə alaraq dəfələrlər cənabınızdan xahiş etmişəm ki, hakim məsələsində daha diqqətli olmaları üçün göstəriş verəsiniz. Lakin “Sepahan” komandası ilə də eyni hakim faciəsini yaşadıq. Bu göstərdi ki, kimsə bu şəraiti dəyişdirmək fikrində deyil. “Sepahan”la görüş elə proqnoz verdiyimiz kimi də oldu, yenə də klubumuza qarşı ayrı-seçkilik edildi. Hakim oyunun birinci hissəsində “Traxtur”un lehinə verilməli olan bir penaltini gözardı etdi. İkinci hissədə isə “Sepahan”ın xeyirinə olaraq yalnış bir penalti qərarı verildi, həmçinin hakimin səhvi nəticəsində “Traxtur”un bir oyunçusu oyundan ixrac edildi. Bununla da super liqa yarışları çərçivəsində keçirilən 12 görüşdən 4-də hakimlərin səhvi nəticəsində bir çox xal (imtiyaz) itirdik. Bu vəziyyət klub və onun tərəfdarlarına qarşı böyük zülmdür”- deyə məktubun bir hissəsində qeyd olunub.

 

M.Acorlu həmçinin vurğulayıb ki, “artıq “Traxtur”un haqqı tapdalandığı dördüncü oyun da sona çatıb. Təbii ki, nəticələri dəyişmək də mümkün deyil. Amma bu gedişatın gələcəkdə təkrar olunmayacağına dair bir qaranti varmı? Mən milyonlarla “Traxtur” tərəfdarının nümayəndəsi kimi sizdən tələb edirəm ki, komandamıza qarşı hakimlər tərəfindən edilən zülm və ayrı-seçkiliyə cavabdeh olun, sözügedən hakimlərə qarşı tədbir görərək son vəziyyəti bizə elan edin.”

 

Qeyd edək ki, İran rejimi hakimlər, Futbol Federasiyasının İnzibati Komitəsi və stadionlarda “Traxtur” tərəfdarlarına qarşı təhlükəsizlik qüvvələrindən istifadə edərək türklərin sevimli komandasına təzyiq göstərir. “Traxtur” klubu bu vəziyyətə dəfələrlə etiraz edib.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV Sep.23.2020: İranın Korona siyasətinin faciəsi davam edir, Avrupa, Amerika'nın İran'a son təhrimini sındıra bilər?

2020-09-24

gun az article

GünazTV Sep.23.2020: İranda dil tədrisinin vəziyyəti: Fars dili vacib, Çin dili müstəhəb, Türk dili isə haramdır

2020-09-23

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-23

gun az article

Zəncanda 65 min nəfər şəhərətrafı məhəllələrdə yaşayır

2020-09-23

gun az article

Güney azərbaycanlı milli fəal Cəfər Rüstəmirad azadlığa buraxılıb

2020-09-23

gun az article

Şəbistərdə ağır yol qəzası: 1 nəfər ölüb

2020-09-23

gun az article

Qərbi Azərbaycanın yerli olmayan valisi əyalətin təhlükəsizlik işlərini kürdlərə tapşırıb

2020-09-23

gun az article

Həbsdə olan milli fəal Əlirza Fərşi yeni korpusa köçürülüb

2020-09-23

gun az article

GünazTV Sep.22.2020-Özümüz: Məşrutəçilik Düşüncəsi

2020-09-23

gun az article

GünazTV Sep.22.2020 -GÜNDƏM MASASI: İranda rejimin media üzərindən yürütdüyü siyasət

2020-09-23

gun az article

GünazTV Sep.22.2020 : “Dalana dirənən İran! Vaşinqton rəsmi Tehrana qarşı təzyiq siyasətini sonadək qoruyacağını açıqladı”

2020-09-22

gun az article

Şərqi Azərbaycanda hər gün 7 nəfər koronavirusdan ölür

2020-09-22

gun az article

Qızılözən çayı ətrafında yaşayan nadir heyvanın nəsli kəsilməkdədir

2020-09-22

gun az article

Güney Azərbaycanda növbəti ətraf mühit faciəsi: Zəncanda minlərlə balıq tələf olub

2020-09-22

gun az article

Təbrizdə baş verən yol qəzasında 2 nəfər ölüb

2020-09-22

gun az article

Şərqi Azərbaycan əyalətində davada xəsarət alanların sayı artıb

2020-09-22

gun az article

GünazTV Sep.21.2020: PARLAQ GƏLƏCƏK: Tetik Mexanizmi'nin Tə'sirləri

2020-09-22

gun az article

Təbriz Universitetində türk dili və ədəbiyyatı üzrə təhsil alan ilk tələbələr məzun olub + GÖRÜNTÜ

2020-09-21

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-21

gun az article

İran rəsmisi Muğanda neft yataqlarının axtarışına başlanacağını açıqlayıb

2020-09-21