“Traxtur” komandası “Mis”i darmadağın edərək İran kubokunun yarımfinal mərhələsinə vəsiqə qazanıb

“Traxtur” komandası “Mis”i darmadağın edərək İran kubokunun yarımfinal mərhələsinə vəsiqə qazanıb

GünAz TV: Güney Azərbaycanın “Traxtur” futbol klubu İran kuboku yarışları çərçivəsində qəbul etdiyi Kirmanın “Mis” komandasına böyük hesab fərqi ilə qalib gəlib.

 

Bu gün yerli vaxtla saat 15:00-da Təbrizin səhənd stadionunda keçirilən görüş 4:1 hesabı ilə Azərbaycan komandasının xeyirinə yekunlaşıb.

 

“Traxtur”un qolları 32-ci dəqiqədə Məhəmmədrza Xanzadə, 42-ci dəqiqədə Əşkan Dejaqe, 44-cü dəqiqədə (penalti zərbəsi) Rza Əsədi və 77-ci dəqiqədə Səid Mehri tərəfindən vurulub. Oyunun 59-cu dəqiqəsində isə Bəhram Fərroxi “Traxtur”un qapısına qol vurub.

 

Bu qələbədən sonra “Traxtur” İran kubokunun yarımfinal mərhələsinə vəsiqə qazanıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN