“Traxtur”la “Şəhrdari”inin yoldaşlıq görüşü bərabər hesabla sona çatıb

“Traxtur”la “Şəhrdari”inin yoldaşlıq görüşü bərabər hesabla sona çatıb

GünAz TV: Cümə günü Təbrizin “Traxtur” və “Şəhrdari” futbol komandaları arasında yoldaşlıq görüşü keçirilib.

 

Yerli vaxtla saat 17:15-də başlayan görüş 2:2 bərabər hesabla yekunlaşıb.

 

“Traxtur” tərəfindən iyulun 27-də Xuzistanın “İstiqlal” komandası ilə keçirilən görüşdə oynamayan ehtiyat oyunçuları “Şəhrdari” ilə oyunda meydana çıxıblar.

 

“Traxtur” komandasının tərkibində Mehdi Məhəmmədiyan, Əli İsmaili, Mirəli Hüseyni, Əmir Nəsr Azadani, Məhəmməd Müslimipur, Həsən Fərivər, Əmir Əsədzadə, Hamid Hüseynəlizadə, Faxir Təhami, Rza Əbdi və Məhəmməd Azadi olub. Oyunun ikinci hissəsində isə “Traxtur” tərəfindən baş məqçi Əmin Bəhrami, Məhəmməd Asimani və Mehdi Bəbri yarış meydanına buraxılıb.

 

“Traxtur” oyunçusu Məhəmməd Azadi qarşı komandaya 2 qol vurmağa nail olub. “Şəhrdari” oyunçuları isə vurulan qollara qarşılıq verərək hesabı bərabərləşdiriblər.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN