“Traxtur” növbəti müsabiqəyə hazırlaşır

“Traxtur” növbəti müsabiqəyə hazırlaşır

GünAz TV: Təbrizin “Traxtur” futbol komandası noyabrın 20-də İsfahanda öz rəqibi ilə qarşılaşacaq.

 

İran üzrə futbol klublarının super liqa yarışlarının 12-ci həftəsində keçiriləcək görüşdə “Traxtur”  İsfahanın “Sepahan” komandası ilə qarşılaşacaq.

 

Görüş noyabrın 20-i yerli vaxtla saat 14:45-də İsfahanın “Nəqş-i Cahan” stadionunda baş tutacaq.

 

“Traxtur”-“Sepahan” görüşünü GünAz TV ekranından canlı olaraq izləyə bilərsiniz.

 

Bu il “Traxtur”, FİFA-nın oyunçu transferinə qoyduğu qadağa və digər təzyiqlərdən dolayı turnir cədvəlinin birinci sıralarında yer almır. Super liqa yarışlarının 11-ci həftəsindən sonra “Traxtur” 12 xalla (imtiyaz) turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. Azərbaycan komandasının gələcək görüşlərdə daha yaxşı çıxış edəcəyi gözlənilir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN