“Traxtur”-“Perspolis” görüşündə yaranan qarşıdurmada 41 nəfər yaralanıb

“Traxtur”-“Perspolis” görüşündə yaranan qarşıdurmada 41 nəfər yaralanıb

GünAz TV: Cümə günü Tehranın Azadi stadionunda bu şəhərin “Perspolis” komandası ilə Təbrizin “Traxtur” takımı arasında görüş keçirilib.

 

Super liqa yarışlarının 17-ci həftəsində keçirilən görüş zamanı komandaların tərəfdarları arasında qarşıdurma yaşanıb, hadisə nəticəsində çox sayda insan müxtəlif dərəcəli bədən xəsarəti alıb.

 

Şənbə günü Təcili Tibbi Yardım Mərkəzi qarşıdurma nəticəsində 41 nəfərin yaralandığını açıqlayıb. Xəsarət alan şəxslərin kimliyi açıqlanmasa da, onların “Traxtur” tərəfdarı olduğu ehtimal olunur.

 

Bundan öncə yayılan videolarda fars irqçiləri ilə azərbaycanlılar arasında yaşanan qarşıdurmada onlarla soydaşımızın yaralandığı əks olunub.

 

https://www.youtube.com/watch?time_continue=4&v=o6P7q8OHWa4

 

Videoların birində “Traxtur” tərəfdarlarından birinin ağır xəsarət alaraq bihuş vəziyyətdə yerə yıxıldığı, sonra isə xəstəxanaya aparıldığı müşahidə olunur. Həmin şəxsin sağlıq durumu ilə bağlı hələlik heç bir məlumat yoxdur.

 

https://www.youtube.com/watch?time_continue=4&v=SEyLX_JhLAo

 

Bu arada “Fars” xəbər agentliyi, Azadi stadionda olub bitənləri təhrif edərək baş verən hadisəyə görə türkləri təqsirkar kimi göstərməyə çalışıb.

 

Dövlətin rəsmi xəbər agentliyi stadionda bir millətin “heyvan” adlandırılmasına heç bir işarə etmədən qeyd edib ki, “oyun bitdikdən sonra “Perspolis” və “Traxtur” tərəfdarları bir-birlərinə qarşı ittiham irəli sürüblər. Onlar qarşılıqlı olaraq bildiriblər ki, komanda tərəfdarlarını idarə edən şəxslər (liderlər) söyüşləri dayandıra bilərdilər, lakin qəsdən bunu etməyiblər. Bundan sonra tərəflər arasında qarşıdurma yaranıb”- deyə məlumatda dərc olunub.

 

Şübhəsiz ki, “Fars” xəbər agentliyinin təhrifi, qarşıdurmanın Azərbaycan türk millətinə qarşı təhqiramiz şüar və söyüşlərə görə yarandığını gizlətmək məqsədi güdür.

 

“Traxtur” klubu məsullarının açıqladığı kimi, “60 min “Perspolis” tərəfdarları 90 dəqiqəlik oyunda Azərbaycan türk millətini olduqca kobud şəkildə təhqir ediblər, bütün bunlar oyundan əvvəl planlaşdırılıb.”

 

Mövzu ilə bağlı daha çox məlumat almaq üçün aşağıdakı xəbəri oxuya bilərsiniz:

“Perspolis”in irqçi tərəfdarları “Traxtur”la görüşdə təhqiramiz şüarlar səsləndirib / “Traxtur” klubu: Bütün bunlar əvvəldən planlaşdırılıb - VİDEO

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN