“Traxtur”-“Peykan” görüşü nə üçün ləğv edildi?! - VİDEO

“Traxtur”-“Peykan” görüşü nə üçün ləğv edildi?! - VİDEO

GünAz TV: Xəbər verdiyimiz kimi, Güney Azərbaycanın “Traxtur” futbol komandası şənbə günü Tehranın “Peykan” klubunun qonağı olacaqdı.

Lakin oyunun başlamasına iki saat qalmış Futbol Federasiyasının görüşün ləğv olunduğuna dair qərarı açıqlanıb, qərar heç bir qaneedici dəlillə izah olunmayıb.

 

“Traxtur” tərəfdarları Futbol Federasiyasının qərarını “İran Federasiyası – Azərbaycanın düşmənidir” şüarı ilə qarşılayıblar.

 

https://www.youtube.com/watch?v=aWeaG6Mm6rk&feature=emb_logo

 

 

Bir neçə saat sonra “Sepah”a bağlı olan “Təsnim” agentliyi bu barədə xəbər dərc edərək qeyd edib ki, super liqa yarışlarının 12-ci həftəsində keçirilməli olan “Traxtur”-“Peykan” görüşü hava şəraiti ilə əlaqədar ləğv olunaraq başqa bir günə təxirə salınıb.

 

“Traxtur” klubu elan edib ki, şənbə günü günortaya qədər oyunun ləğv olunacağı barədə heç bir məlumata malik olmayıb.

 

Şübhəsiz ki, İran hökuməti azərbaycanlıların etiraz yığıncaqları təşkil etməsindən çəkinərək “Traxtur”un görüşlərinin qarşısını alır. Rejim önləyici tədbir kimi, Güney Azərbaycanda mədəni fəalları da təqib və nəzarət altında saxlayır.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN