“Traxtur”-“Peykan” oyununda bir çox milli şüarlar səsləndirildi – VİDEO / GÖRÜNTÜ

2017-10-20 11:56

GünAz TV: Oktyabrın 19-da Təbrizin “Traxtur” futbol komandası Tehranda bu şəhərin “Peykan” komandasının qonağı olub.

 

“Traxtur” komandası, keçən görüşlərdə zədə almış və İran Futbol Federasiyası İnzibati Komitəsinin qərarı ilə oynamasına qadağa qoyulmuş komanda kapitanı Mehdi Kiyani kimi oyunçular iştirak etmədən meydana çıxıb. Oyun 2:1 hesabı ilə “Peykan”ın xeyirinə yekunlaşıb.

 

İnzibati komitə oyuna bir neçə saat qalmış Mehdi Kiyani haqqında çıxardığı qərarı elan edib, onun 2 ay müddətində super liqa yarışlarının 7 görüşündə iştirak etməsinə qadağa qoyulub. “Traxtur” oyunçusuna görüşə bir neçə saat qalmış müxtəlif bəhanələrlə qadağa tətbiq etmək, “Traxtur” klubuna qarşı atılmış növbəti qərəzli addım kimi qiymətləndirilir.

 

Bu barədə görüşdən sonra Azərbaycan komandasının baş məşqçisi Yəhya Gülməhəmmədi təəssüf hissi ilə bildirib ki, “Futbol bu gün çox pis üzünü bizə gösdərdi. Bu görüşdə qalib gələrək 3 xal (imtiyaz) əldə edə bilərdik, lakin belə olmadı. Biz bir çox fürsəti əldən verib və uduzduq. Ona görə də belə bir görüş haqda danışmaq mənim üçün çətindir”- deyə o bildirib.

 

Görüş zamanı Traxtur tərəfdarları bir çox şüarlar səsləndirib və plakatlar qaldırıblar. Plakatlar üzərində “Ana dilim verilsin – Traxturum sevinsin”, “El yatar, tufan yatar – Yatmaz Traxtur bayrağı”, “Türk irqi, sağ olsun”, “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə”, “Mədrəsəmiz olmadı – Urmu gölü dolmadı” və s. kimi şüarlar səsləndirilib. Bir neçə “Traxtur” tərəfdarı isə Azərbaycan Respublikası “Qarabağ” komandasının loqosunu plakatla nümayiş etdiriblər.

Soydaşlarımız Kərkük türkləri və Urmu gölü ilə bağlı şüarlara xüsusi yer veriblər.

Hökumət qüvvələri "Traxtur" tərəfdarları şüar səsləndirərkən onları kameraya çəkiblər.

 

Video:

https://www.youtube.com/watch?v=s8SWxkQWJh4

 

https://www.youtube.com/watch?v=NiQRE3b8y0Y

 

https://www.youtube.com/watch?v=NvDrc1BIvk8


https://www.youtube.com/watch?v=Tebyn7UPsw8

 

https://www.youtube.com/watch?v=o4XfoUj1AuQ

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Ərdəbildə uşaqlara türkcə ad verilməsinə qoyulan qadağaya qarşı divarlara şüarlar yazılıb + GÖRÜNTÜ

2020-09-24

gun az article

İnsan hüquqları cəmiyyəti: Təhsildə qarşılaşdığınız ədalətsizlikləri paylaşın + VİDEO

2020-09-24

gun az article

Milli fəal Həkimə Əhmədinin ölkədən çıxışına qadağa qoyulub

2020-09-24

gun az article

GünazTV Sep.23.2020: İranın korona siyasətinin faciəsi davam edir, Avrupa, Amerikanın İrana son təhrimini sındıra bilər?

2020-09-24

gun az article

GünazTV Sep.23.2020: İranda dil tədrisinin vəziyyəti: Fars dili vacib, Çin dili müstəhəb, Türk dili isə haramdır

2020-09-23

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-23

gun az article

Zəncanda 65 min nəfər şəhərətrafı məhəllələrdə yaşayır

2020-09-23

gun az article

Güney azərbaycanlı milli fəal Cəfər Rüstəmirad azadlığa buraxılıb

2020-09-23

gun az article

Şəbistərdə ağır yol qəzası: 1 nəfər ölüb

2020-09-23

gun az article

Qərbi Azərbaycanın yerli olmayan valisi əyalətin təhlükəsizlik işlərini kürdlərə tapşırıb

2020-09-23

gun az article

Həbsdə olan milli fəal Əlirza Fərşi yeni korpusa köçürülüb

2020-09-23

gun az article

GünazTV Sep.22.2020-Özümüz: Məşrutəçilik Düşüncəsi

2020-09-23

gun az article

GünazTV Sep.22.2020 -GÜNDƏM MASASI: İranda rejimin media üzərindən yürütdüyü siyasət

2020-09-23

gun az article

GünazTV Sep.22.2020 : “Dalana dirənən İran! Vaşinqton rəsmi Tehrana qarşı təzyiq siyasətini sonadək qoruyacağını açıqladı”

2020-09-22

gun az article

Şərqi Azərbaycanda hər gün 7 nəfər koronavirusdan ölür

2020-09-22

gun az article

Qızılözən çayı ətrafında yaşayan nadir heyvanın nəsli kəsilməkdədir

2020-09-22

gun az article

Güney Azərbaycanda növbəti ətraf mühit faciəsi: Zəncanda minlərlə balıq tələf olub

2020-09-22

gun az article

Təbrizdə baş verən yol qəzasında 2 nəfər ölüb

2020-09-22

gun az article

Şərqi Azərbaycan əyalətində davada xəsarət alanların sayı artıb

2020-09-22

gun az article

GünazTV Sep.21.2020: PARLAQ GƏLƏCƏK: Tetik Mexanizmi'nin Tə'sirləri

2020-09-22