“Traxtur” takımı “İstiqlal”ı öz meydançasında qəbul edəcək, yerli komanda tərəfdarları qara geyinəcək

“Traxtur” takımı “İstiqlal”ı öz meydançasında qəbul edəcək, yerli komanda tərəfdarları qara geyinəcək

GünAz TV: Təbrizin “Traxtur” futbol komandası Tehranın “İstiqlal” komandasını öz meydançasında qəbul edəcək.

 

İran üzrə futbol klublarının super liqa yarışlarının növbəti həftəsində keçiriləcək görüş aprelin 20-i yerli vaxtla saat 17:45-də Təbrizin Səhənd stadionunda başlayacaq.

 

“Traxtur” tərəfdarları isə bəyanat yayaraq Güney Azərbaycan şəhərlərində baş verən sel fəlakəti və Sulduzda törədilən terror qurbanları ilə bağlı qara geyinəcəklərini bildiriblər.

 

“Yenə də Azərbaycan yasa batdı. Yenə də Azərbaycan ayrı-seçkilik siyasəti nəticəsində bir çox bəlalarla üz-üzə qaldı. Belə bir təbii fəlakət ölkənin digər bölgələrində baş versəydi, heç də bu qədər itki olmazdı. Lakin Azərbaycanda ən kiçik təbii fəlakət, ən böyük itkiyə səbəb ola bilir. Təəssüflər olsun ki, biz ağladığımız zaman bəzi gülənlər də oldu! Bu hadisənin 1979-cu il aprelin 20-də Sulduzda Azərbaycan övladlarının terrorçular tərəfindən öldürüldüyü günün ildönümü ərəfəsinə təsadüf etməsi də xüsusi təəssüf doğurur.

 

Biz bir qrup “Traxtur” tərəfdarları Sulduzda şəhid olmuş soydaşlarımız və sel fəlakəti qurbanlarının xatirəsini əziz tutaraq aprelin 20-da “Traxtur”-“İstiqlal” görüşü zamanı, stadiona qara geyim və qara bayraqlarla gələcəyik”- deyə bəyanatın bir hissəsində qeyd olunub.

 

Bəyanat Güney Azərbaycanın müxtəlif şəhərlərində yaşayan “Traxtur” tərəfdarları tərəfindən yayılıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN