“Traxtur” Tehran komandası ilə qarşılaşacaq

“Traxtur” Tehran komandası ilə qarşılaşacaq

GünAz TV: Təbrizin “Traxtur” futbol komandası  “Perspolis” və “İstiqlal”la qarşılaşmadan sonra növbəti görüşündə Tehranın digər komandası “Neft”lə qarşılaşacaq.

 

İran üzrə futbol klublarının super liqa yarışlarının 19-cu həftəsində keçriləcək görüş Tehranın “Təxti” stadionunda baş tutacaq.

 

Görüş yanvarın 11-i yerli vaxtla saat 15:00-da başlayacaq.

 

“Traxtur”-“Neft” görüşünü GünAz TV ekranından canlı olaraq izləyə bilərsiniz.

 

Bu arada mövsümün birinci yarısında “Pars-i cəm” klubunda oynayan Ərsalan Mütəhhəri “Traxtur” klubunun məsulları ilə razılığa gəlib müqavilə imzaladıqdan sonra Azərbaycan komandasına qoşulub. O yanvarın 10-dan  “Traxtur”da oynayacaq.

 

Ərsalan Mütəhhəri və Mustafa Acorlu

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN