“Traxtur” Tehranın “İstiqlal” komandasını şumladı

“Traxtur” Tehranın “İstiqlal” komandasını şumladı

GünAz TV: Təbrizin Səhənd stadionunda yerli vaxtla saat 17:45-də bu şəhərin “Traxtur” futbol komandası ilə Tehranın “İstiqlal” takımı arasında başlayan görüş bu dəqiqələrdə meydan sahibinin xeyirinə başa çatdı.

 

İran üzrə futbol klublarının super liqa yarışlarının 28-ci həftəsində keçirilən görüş 1:0 hesabı ilə Azərbaycan komandasının xeyirinə yekunlaşıb. Yerli komandaya qələbə qazandıran qol oyunun 87-ci dəqiqəsində Məhəmməd İbrahimi tərəfindən vurulub.

 

Bununlada “Traxtur” ən prinsipial və həlledici görüşdə paytaxt komandasını 1:0 hesabı ilə məğlubiyyətə uğradıb və 53 xalla (imtiytaz) turnir cədcəlinin 2-ci pilləsinə yüksəlib.

 

“Traxtur”-“İstiqlal” görüşündə təxminən 50 min nəfər tamaşaçı qismində iştirak edib.

 

“Traxtur” tərəfdarları bundan öncə elan etdikləri kimi, aprelin 14-də Güney Azərbaycan şəhərlərində baş verən sel fəlakəti və 1979-cu il aprelin 20-də Sulduzda Azərbaycan övladlarının terrorçular tərəfindən öldürüldüyü günün ildönümü münasibəti ilə stadiona qara geyimlərlə gəlib və qara bayraqlar qaldırıblar.

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN