“Traxtur” tərəfdarları dəmir yolu qəzası ilə bağlı qara geyinəcək

“Traxtur” tərəfdarları dəmir yolu qəzası ilə bağlı qara geyinəcək

GünAz TV: Noyabrın 25-də Təbriz-Məşhəd qatarının Simnan vilayətində qəza keçirməsi nəticəsində həlak olan soydaşımızla bağlı, “Traxtur” tərəfdarları Azərbaycan komandasının növbəti görüşündə qara geyimlə stadiona gələcəklər.

 

Bu barədə “Traxtur” klubu Bildiri yayaraq komanda tərəfdarlarına çağırış edib.

 

“Şəhərimizin İmam Rza zəvvarlarını daşıyan qatarın qəza keçirməsi bütün Azərbaycan əhalisi, xüsusi ilə də “Traxtur”  tərəfdarlarının üzüntüsünə səbəb oldu. Ona görə də, hadisə qurbanlarının xatirəsinə və onların ailəsinin kədərlərini paylaşmaq məqsədi ilə cümə günü keçiriləcək “Traxtur”-“Pədidə” görüşünə qara bayraq və geyimlərlə gəlin”- deyə komanda tərəfdarlarına xitabən Bildiridə qeyd olunub.

 

Xatırladaq ki, noyabrın 25-i yerli vaxtla saat 7:45 dəqiqədə Təbriz-Məşhəd qatarı İranın Siman vilayətində ağır qəza keçirib. Hadisədə 49 soydaşımız ölüb, 100-dən çox yaralı var.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN