“Traxtur” tərəfdarlarından Qərbi Azərbaycan Əyalətinə göz tikənlərə tutarlı cavab – VİDEO

“Traxtur” tərəfdarlarından Qərbi Azərbaycan Əyalətinə göz tikənlərə tutarlı cavab – VİDEO

GünAz TV: Xəbər verdiyimiz kimi, çərşənbə günü Təbrizin səhənd stadionunda Güney Azərbaycanın “Traxtur” futbol komandası ilə Kirmanın “Mis” komandası arasında görüş keçirilib.

 

İran kuboku yarışları çərçivəsində keçirilən oyun 4:1 hesabı ilə Azərbaycan komandasının xeyirinə yekunlaşıb. Bu qələbədən sonra “Traxtur” yarışların yarımfinal mərhələsinə vəsiqə qazanıb.

 

Oyun soyuq hava şəraitində keçməsinə baxmayaraq görüşdə minlərlə soydaşımız tamaşaçı qismində iştirak edib. Onlar parlament seçkilərinə iki gün qalmış Qərbi Azərbaycan Əyalətinə göz tikən radikal kürdlər və terror qruplaşmalarına tutarlı cavab veriblər.

 

“Traxtur” azarkeşləri “Dağlar başı dumandı – Bura Azərbaycandır / Bu torpaqdan pay olomaz – Urmu Kürdistan olmaz” və digər milli şüarlar səsləndirib:

 

https://www.youtube.com/watch?time_continue=20&v=sg8eZkruXqs&feature=emb_logo

 

https://www.youtube.com/watch?time_continue=3&v=zIFOdUrNLrQ&feature=emb_logo

 

https://www.youtube.com/watch?time_continue=3&v=r4tMdsXbEHw&feature=emb_logo

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN