“Trxatur” İran kubokunun final mərhələsinə vəsiqə qazandı / Komanda tərəfdarları döyüldü

“Trxatur” İran kubokunun final mərhələsinə vəsiqə qazandı / Komanda tərəfdarları döyüldü

GünAz TV: Təbrizin “Traxtur” futbol komandası İsfahanda “Zob Ahən”ı məğlub etdikdən sonra İran kubokunun final mərhələsinə vəsiqə qazanıb.

 

Azərbaycan və İsfahan komandaları 2016-ci il dekabrın 31-i yerli vaxtla saat 14:30-da İsfahanın Fuladşəhr stadionunda qarşılaşıblar. İran kubokunun yarımfinal mərhələsi çərçivəsində keçirilən qarşılaşma sonda 3:2 hüsabı ilə Azərbaycan komandasının xeyirinə yekunlaşıb.

 

“Traxtur” tərəfindən birinci qolu Fərzad Hatəmi oyunun 89-cu dəqiqəsində vurub. Əlavə vaxtda isə meydan sahibləri 92-ci dəqiqədə Məhəmməd İbrahimi və 120-ci dəqiqədə Məhəmməd Nuridən qol görüblər.

 

 

“Zob Ahən”in qolları isə 44-cü dəqiqədə Ehsan Pəhləvan və 119-cu dəqiqədə Ceri Binqsun tərəfindən vurulub.

 

Bununla da olduqca maraqlı keçən görüş sonda 3:2 hesabı ilə Azərbaycan komandasının xeyirinə yekunlaşıb, bu nəticədən sonra “Traxtur” İran kubokunun final mərhələsinə yeksəlib.

 

Oyun zamanı 3 “Traxtur” tərəfdarının həyəcandan təzyiqi düşüb. Xəstəxanaya aparılan soydaşlarımız tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

 

Stadionda “Traxtur” tərəfdarları doğma komandanı son dəqiqələrə qədər təşviq edib onu dəstəkləyiblər. Tərəfdarların əksəriyyəti Qaşqay yurd bölgəsindən gələn qaşqay türkləri olub. Onlar əllərində yazılı parça və plakatlar tutaraq Azərbaycan komandasına alqışlar yağdırıblar.

 

Məlumata görə, oyunun nəticəsi bəlli olduqdan sonra “Zob Ahən” tamaşaçıları “Traxtur” tərəfdarlarına qarşı hücuma keçib və təhlükəsizlik qüvvələrinin gözü qarşısında onlardan bir neçəsini döyüblər. Təhlükəsizlik qüvvələri tərəfdarları qorumaq əvəzinə onları dağıtmaq məqsədi ilə zorakılıq tətbiq edib, nəticədə bir neçə “Traxtur” tərəfdarının yüngül xəsarət aldığı deyilir.

 

Oyun bitdikdən sonra stadiondan uzaqlaşan “Zob Ahən” tamaşaçıları “Traxtur” tərəfdarlarının avtobuslarını daş tutublar. Bunun nəticəsində bir neçə avtobusun şüşəsi qırılıb və komanda tərəfdarlarından bəziləri xəsarət alıb.

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN