Türk Fraksiyasına dəstək məqsədi ilə imza toplayan öyrəncilər Universitetin İnzibati Komitəsinə çağırılıb – Urmiyədə

Türk Fraksiyasına dəstək məqsədi ilə imza toplayan öyrəncilər Universitetin İnzibati Komitəsinə çağırılıb – Urmiyədə

GünAz TV: İran parlamentində yaradılan Türk Bölgələri Fraksiyasına dəstək məqsədi ilə imza toplayan Urmiyə universitetin öyrənciləri rejim tərəfindən təqib edilir.

 

Son məlumata görə, noyabrın 15-də Urmiyə universitetinin təhlükəsizlik bölümünün (Hərasət) məmurları İmzatoplama Kampaniyasına qoşulan öyrənciləri təqibə məruz qoyaraq Zəkərya Səfayi və Yasir Rəncbərin öyrənci vəsiqəsini götürüb.

 

Bundan iki gün sonra öyrəncilərin vəsiqəsi özlərinə qaytarılsa da, onlar 2 həftə sonra universitetin İnzibati Komitəsinə çağırılıb.

 

Məlumata görə, öyrəncilər Türk Bölgələri Fraksiyasına dəstək məqsədi ilə imza topladıqları üçün İnzibati Komitəyə çağırılıb.

 

Qeyd edək ki, Urmiyə Universiteti Öyrəncilər Bölümünün İnzibati Komitəsi qanuni səlahiyyətlərini aşaraq azərbaycanlı fəallara qarşı xüsusi təzyiq göstərir, Komitə bir çox öyrəncini müxtəlif yollarla təqib altında saxlayır.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN