Türk öyrəncilər Məsud Pezeşkiyanın çıxış etdiyi iclası tərk ediblər

Türk öyrəncilər Məsud Pezeşkiyanın çıxış etdiyi iclası tərk ediblər

GünAz TV: Urmiyə Azad Universditetinin türk öyrənciləri dekabrın 10-da Təbrizin İran parlamentindəki millət vəkili Məsud Pezeşkiyanın çıxış etdiyi iclası tərk ediblər.

 

Məlumata görə, öyrəncilər M.Pezeşkiyan Azərbaycan Respublikası və güney azərbaycanlı milli-mədəni fəalları yabancı adlandırdıqdan sonra salonu tərk ediblər.

 

İclasa qatılan öyrəncilər Murtaza Muradpurun şəkilinin əks olunduğu plakatlar qaldırıb və “Azərbaycan var olsun – Muradpur azad olsun” şüarları səsləndiriblər.

 

İclasda millət vəkilinə ingilis dilində sual da ünvanlanıb. Azərbaycanlı milli-mədəni fəal Sina Həsəni bildirib ki, necə ki, siz, iranlılar başa düşsün deyə farsca danışırsız, biz də, bütün dünya İran adlı qəfəsdə nə çəkdiyimizi anlasın deyə ingiliscə yazırıq.

 

Məlumata görə, M.Pezeşkiyan öz çıxışında azərbaycanlı fəalları kəskin tənqid edərək onları və Azərbaycan Respublikasını yabancı adlandırıb.

 

Qeyd edək ki, azərbaycanlı millət vəkillərinin əksəriyyəti Azərbaycanda gedən ictimai-siyasi proseslərdən yetəri qədər xəbərdar deyil vəya mərkəzi hökumətdən ehtiyatlandığı üçün vaxtaşırı Azərbaycana qarşı mövqe sərgiləyirlər.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN