Türkiyə parlamentinin deputatı “Traxtur” tərəfdarları və Güney Azərbaycan türklərindən təşəkkür edib – VİDEO

Türkiyə parlamentinin deputatı “Traxtur” tərəfdarları və Güney Azərbaycan türklərindən təşəkkür edib – VİDEO

GünAz TV: Türkiyə Böyük Millət Məclisinin deputatı Güney Azərbaycan türk milləti və “Traxtur” futbol komandasının tərəfdarlarına öz təşəkkürünü bildirib.

 

Mersinin parlamentdəki millət vəkili, MHP üzvü Olcay Kılavuz “Traxtur” tərəfdarlarının türk əsgərinə hərbi salam verməsini alqışlayaraq İran coğrafiyasındakı bütün türkləri salamlayıb.

 

Millət vəkili sözlərinin bir hissəsində bildirib ki, Türkiyə İranda 30 milyonluq türk toplumuna xüsusi diqqət yetirməlidir. Bizim aramızda mədəni bağlar daha da güclənməlidir.

 

Olcay Kılavuzun noyabrın 5-də parlamentdə etdiyi çıxışı aşağıdakı videodan izləyə bilərsiniz:

 

https://www.youtube.com/watch?time_continue=16&v=5lmF8L9qzXc

 

 

Noyabrın 1-də Təbrizin səhənd stadionunda Güney Azərbaycanın “Traxtur” komandası ilə Tehranın “İstiqlal” komandası arasında keçirilən görüşdə Türkiyənin Suriyanın şimalında kürd terror qruplaşmaları və İŞİD-ə qarşı həyata keçirdiyi “Barış pınarı” əməliyyatına dəstək nümayiş etdirilib. Təxminən 100 min “Traxtur” tərəfdarının iştirak etdiyi görüş zamanı türk əsgərinə hərbi salam verilib və “Türkiyə - Türkiyə” şüarları səsləndirilib. Bu hadisə Türkiyə müdiasında geniş işıqlandırılıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN