Ulduz Qasiminin “Çətəçilər”in xəyanəti haqda bəyanatı

Ulduz Qasiminin “Çətəçilər”in xəyanəti haqda bəyanatı

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal Ulduz Qasimi  “Çətəçilər”in Azərbaycan Milli Hərəkatına qarşı son təxribatı barədə bəyanat yayıb.    

 

“Uzun illərdir azərbaycanlı fəallar millətin hüquqları uğrunda ciddi mübarizə aparır və bunun bəhrəsi artıq hiss olunur. Fəallar sübut ediblər ki, Milli Hərəkat naminə bütün çətinliklərə dözüb və mübarizəni davam etdirəcəklər. Biz son 10 ildə milli zəmində müəyyən gəlişmələrə də şahid olduq.

 

Bu müddətdə bəzi şəxslər və qruplar bir çox təxribat fəaliyyətinə əl atıb, sədaqətli azərbaycanlı fəallar və Milli Hərəkatın etibarını sual altına almağa çalışıblar. Milli Hərəkat İran hökuməti tərəfindən tanınmasa da, dünya üzrə tanınmış bir cərəyan sayılır. Bu bizim üçün də bir kimlik vəsiqəsi rolunu oynayır. Fəallar uzun illərdir bu kimlik vəsiqəsini qoruyub saxlamaq üçün çoxlu cəhdlər göstəriblər.

 

Mən bir azərbaycanlı fəal olaraq Dirəniş Təşkilatının bu təxribatçı əməlini qınayır, təşkilata mənsub şəxslərdən isə etdikləri təxribatlara cavabdeh olmalarını gözləyirəm”- deyə bəyanatda bildirilib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN