Urmiyə bölgəsində baş verən meşə yanğını 200 hektar ərazini məhv edib

2017-07-31 13:00

GünAz TV: Güney Azərbaycanın Urmiyə şəhərinə yaxın Marmişo məntəqəsinin meşələrində iyulun 29-u səhər saatlarında baş vermiş meşə yanğını 200 hektar ərazini məhv edib. Bu barədə İran mətbuatında məlumat yayıb.

 

Qərbi Azərbaycan Su Hövzəsi və Təbii Qaynaqlar İdarəsinin rəisi Rəhman Vahabzadə “İrna” xəbər agentliyinə bildirib ki, baş verən yanğın 1.5 gün davam etdikdən sonra söndürülüb.

“Yanğın şənbə günü səhər saatlarında 50 hektarlıq bir ərazidə baş verib, lakin güclü küləyin əsməsi nəticəsində yanğın sürətlə ətraf əraziləri bürüyüb. Marmişo məntəqəsinin 120 hektar ərazisi, hadisə nəticəsində ciddi ziyan görüb”- deyə o bildirib.

 

Yanğın yerli əhali, polis əməkdaşları, Ətraf Mühit İdarəsinin işçiləri, Qızıl Aypara Cəmiyyəti və Qərbi Azərbaycan Su Hövzəsi və Təbii Qaynaqlar İdarəsinin məmurları tərəfindən söndürülüb.

 

R.Vahabzadə əlavə edib ki, “müəyyən problemlərdən dolayı yanğının söndürülməsində helikopterdən istifadə olunmayıb, yanğının baş verdiyi ərazi çox çətin bir məntəqədə yerləşməsinə rəğmən adi vasitələrlə söndürülüb.”

 

O əlavə edib ki, hadisə bəzi turistlərin səhlənkarlığı nəticəsində baş verə bilər, bu barədə araşdırmalar aparılır.

 

Bir mətbuat orqanlarında yayılan məlumata görə, yanğın baş verdiyi gün Tehrandan helikopter istənilib, lakin buna müsbət cavab verilməyib. Yanğının sürətlə ətraf ərazilərə yayıldığını görən yerli məsullar onu söndürmək üçün hətta dağçılardan belə yardım istəyiblər. Bütün bunlar Azərbaycan şəhərlərində yanğınsöndürmək üçün texnika və helikopterlərin olmaması ilə bağlıdır.

 

Marmişo məntəqəsi Urmiyənin qərb bölgəsində yerləşir, bu bölgədə çox sayda nadir bitki və heyvanlara rast gəlinir.

 

N.S

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV Jan.25.2021: Paylaşım programı, 26-cı Bölüm.

2021-01-25

gun az article

Əhərin 30 kəndində təhsil kaneks məktəblərdə aparılır

2021-01-25

gun az article

Hökumət Zəncanın 50 illik "Cahan” bitki yağı zavodunu "özəlləşdirmə"klə yüzlərlə insanı işsız qoyub

2021-01-25

gun az article

Marağa-Sərəskənd yolunda baş verən qəzada 8 nəfər ölüb və yaralanıb

2021-01-25

gun az article

İranın Mədəni İrs nazirliyi Əhərin qayaüstü yazıları və qədim mağaralarına yiyə durmur+fotolar

2021-01-25

gun az article

Binab Azad Universitetinin müəllim heyəti və işçiləri etiraz aksiyası keçirib

2021-01-25

gun az article

Yusif kari ilə görüş; güneyli milli-mədəni fəalın qısa bioqrafiyası+video

2021-01-25

gun az article

Təbrizdə silahlı hücum nəticəsində dövlət məmuru öldürülüb

2021-01-25

gun az article

Traxtur komandasının qələbəsi əlbəyaxa davaya çevrilib-Traxturun qapıçısı xəstəxanaya yerləşdirilib+video,fotolar

2021-01-24

gun az article

Çaldıranda 3 antik əşya qaçaqmalçısı həyatını itirib

2021-01-24

gun az article

Milli fəal Əfşar Muhib təhlükəsizlik məmurları tərəfindən dindirilib

2021-01-24

gun az article

Azadlıq radiosunun bu həftəki qonağı güneyli siyasi məhbus Rza Vasiqi olub+video

2021-01-24

gun az article

Qarabağ məhkumu Rza Seyid Nuri bəraət alıb

2021-01-24

gun az article

Şərqi Azərbaycanın dörd tarixi karvansarayı ümumdünya mədəni irs siyahısına salınmağa namzəddir

2021-01-23

gun az article

İran-Türkiyə sərhəddində itkin düşən 5 nəfərin axtarışı davam edir

2021-01-23

gun az article

Sarab yenidən -30C dərəcə şaxta ilə ölkənin ən soyuq şəhəri olub

2021-01-23

gun az article

Güney Azərbaycanın "Qocalar ölmz" türk filmi Barselona Film Festivalında ən yaxşı ssenari ödülünü qazanıb

2021-01-23

gun az article

Sulduzda mübahisəli şəxsiyyəti ilə tanınan “Molla Həsəni”nin heykəli qoyulacaq

2021-01-23

gun az article

Adının türkcə olduğuna görə azərbaycanlı körpə “Ayıl”a sənəd verilmir

2021-01-23

gun az article

GünazTV Jan.22.2021: Körpü: Qara Yanvar:Quzey və Güney Azərbaycan Milli Hərəkatında Təsirləri

2021-01-23