Urmiyə Şəhər Şurası seçkçilərində müxtəlif qrup və icmaların siyahılarındakı müştərək namizədlər

Urmiyə Şəhər Şurası seçkçilərində müxtəlif qrup və icmaların siyahılarındakı müştərək namizədlər

GünAz TV: Güney Azərbaycanın Urmiyə şəhərində Şura Seçkiləri xüsusi əhəmiyyət kəsb etdiyi üçün bu şəhərdə azərbaycanlıların səslərinin dağılmaması üçün ciddi birliyə ehtiyac var.

 

Urmiyədə belə bir vəziyyətin yaranmasına səbəb kürd terror qruplaşmalarının seçkilərdə öz əlaltılarını qalib etmək və bununla da bölgədə kürdləşmə prosesinin sürətləndirmək planıdır.

 

Son günlərdə azərbaycanlı milli-mədəni fəallar müəyyən nazmizədlərdən ibarət vahid siyahının ictimaiyyətə təqdim olunması uğrunda böyük səylər göstərib, bu istiqamətdə müxtəlif müzakirələr aparıblar. Lakin baxmayaraq ki, təqdim olunan siyahıların əksəriyyəti bir-biri ilə ciddi şəkildə fərqlənmir, Urmiyədəki müxtəlif fəal qruplar məsələ ilə bağlı qəti qərara gələ bilməyiblər.

 

Son məlumata görə, bir sıra fəal şəxslər və ağsaqqallar müxtəlif qruplar və icmalar tərəfindən açıqlanan siyahılarla bağlı ümumi məxrəcə gələrək bütün siyahılarda adı çəkilən müştərək namizədlərin adlarını toplayıb Urmiyə əhalisinə təqdim ediblər.

 

Urmiyənin əksər qrup və icmalarının açıqladığı siyahılardakı müştərək adlar bunlardır: 1.Qadir Əhmədi 2.Yaqub Əkrəmi Quşçu 3.Murtaza Piri 4.Behrəng Dilməqani 5.Məhəmmədrza Əlizadə İmamzadə 6.Məsud Qüdrəti 7.Mirəli Məhəmmədi 8.Siyavuş Mehrdar 9.Məhəmməd Nağızadə Aydınlı 10.Gülşən Novruzlu 11.Tumac Vəhidi Əfşar.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN