Urmiyə Şəhər Şurasının kürd üzvü “Pejak” tərəfdarlarına görə millət vəkilini hədəfə aldı

Urmiyə Şəhər Şurasının kürd üzvü “Pejak” tərəfdarlarına görə millət vəkilini hədəfə aldı

GünAz TV: Urmiyə Şəhər Şurasının kürd üzvü Əbdulrəhman Nəqşin bu şəhərin millət vəkili Nadir Qazipuru Urmiyədə məktəbi yandıranların mühakiməsini tələb etdiyinə görə tənqid atəşinə tutub.

 

Məlumata görə, Ə.Nəqşin Urmiyənin İslamabad məntəqəsində məktəbə od vuran “Pejak” terror qruplaşmasının tərəfdarlarını həbsxanadan azad etdirmək üçün hərəkətə keçib, o saxlanılan şəxslərin mühakimə edilməsini tələb edən N.Qazipura etiraz edərək ondan bu məsələyə müdaxilə etməməsini tələb edib.

 

İslami İrşad və Mədəniyyət Nazirliyinin lisenziyası ilə sərbəst şəkildə fəaliyyət göstərən bir sıra “Pejak” yanlısı mətbuat orqanları, Ə.Nəqşinin hadisə ilə bağlı saxlanılan şəxslərin azad edilməsinə çalışdığını yazıb. Bildirilir ki, Ə.Nəqşin bununla bağlı Polis İdarəsi rəisi, Urmiyə Şəhər İcra Hakimiyyəti başçısı (fərmandar) və Urmiyə prokuroruna müraciət edib, lakin məsullar onun tələbinə rədd cavabı veriblər.

 

Bundan öncə Nadir Qazipur məktəbə od vurmaqda şübhəli bilinərək saxlanılan şəxslərin mühakimə edilməsini tələb etmişdir.

 

Qeyd edək ki, ötən günlərdə Urmiyənin İslamabad məntəqəsində bir məktəb şəhərdə iğtişaş yaratmaq məqsədi ilə “Pejak” tərəfdarları tərəfindən yandırılıb, hadisə ilə bağlı 4 nəfər şübhəli şəxs qismində saxlanılıb. “Pejak” terror qruplaşmasının mətbuat orqanı saxlanılan 4 nəfərin adlarını açıqlamaqla tutulanların onun üzvü vəya tərəfdarı olduğunu təsdiqləmiş olub.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN