Urmiyə universitetinin öyrənciləri prezident müavinini “Ana dilim hanı?!” plakatı ilə qarşıladılar

Urmiyə universitetinin öyrənciləri prezident müavinini “Ana dilim hanı?!” plakatı ilə qarşıladılar

GünAz TV: Urmiyə universitetinin öyrənciləri İran prezidenti Həsən Ruhaninin qadın və ailə işləri üzrə müavinini üzərində milli şüarlar yazılmış plakatlarla qarşılayıblar.

 

Məlumata görə, xanım Şəhindoxt Molavərdi “öyrənci günü” münasibəti ilə Urmiyə universiteti öyrəncilərinin qarşısında çıxış edib.

 

Mərasimdə ən çox diqqət çəkən məqam öyrəncilərin üzərində “Hanı mənim ana dilim?!” kimi milli şüarlar yazılmış plakatların qaldırılması olub. Bununla türk öyrənciləri ana dildə təhsil tələblərinin ciddi olduğunu bir daha ölkə prezidenti Həsən Ruhaniyə çatdırmaq istəyiblər.

 

Dekabrın 5-də keçirilən mərasim Urmiyə Elektrik İdarəsinin salonunda yerli vaxtla saat 15:30-da başlayaraq 2 saat davam edib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN