Urmiyədə Beynəlxalq İngilis Dili Konfransı keçiriləcək

2017-09-28 14:00

GünAz TV: Güney Azərbaycanın Urmiyə şəhərində Beynəlxalq İngilis Dili Konfransı keçiriləcək.

 

İngilis dili tədrisinin keyfiyyətini yüksəltmək məqsədi ilə keçiriləcək konfrans Urmiyənin Elm və Texnologiya və  Əhvazın Çəmran universitetlərinin təşəbbüsü və əməkdaşlığı ilə baş tutacaq. Konfransın keçirilməsinə Qərbi Azərbaycan İngilis Dili Müəllimlərinin Elmi Təlim Mərkəzi də dəstək verəcək.

 

Beynəlxalq konfransın müdiri Bita Əsədi Urmiyənin 3 günlük beynəlxalq konfransın keçiriləməsinə hər cəhətdən hazır olduğunu bildirib. “Katibliyə 840 məqalə göndərilib, onlardan 510-u konfransa təqdim olunmaq üçün seçilib. Tədbirdə yerli və xarici qonaqlardan ibarət 700 alim iştirak edəcək. Konfransda əsasən dilçilik, dilin tədrisi, tərcümə və ədəbiyyat mövzularına təkid olunacaq”- deyə o bildirib.

 

B.Əsədi əlavə edib ki, “konfrans Urmiyə universitetində keçiriləcək. Tədbirdə Amerika Birləşmiş Ştatları, İraq, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Yunanıstan kimi ölkələrdən 20 tanınmış dil ustadı iştirak edəcək.”

 

Beynəlxalq Dil konfransının katibi Əlirza Cəlilifər isə bildirib ki, “konfransa qatılacaq xarici qonaqlar dil üzrə tanınmış mütəxəssislərdir. Urmiyədə ilk dəfədir ki, bu səviyyədə İngilis Dili Konfransı keçirilir.”

 

Beynəlxalq Dil Konfransı oktyabrın 4-dən 6-dək Urmiyə universitetində keçiriləcək.

 

Urmiyədə ingilis dili ilə bağlı bu səviyyədə tədbir keçirilməsə də, fars dili mövzusunda hər il müxtəlif tədbirlər keçirilir. Lakin Azərbaycanın qədim şəhəri olan Urmiyədə türk dilində təhsil tələb edən vəya bu dilin inkişafı uğrunda çalışan fəallar vaxtaşırı təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq məhkəmə qarşısına çıxarılır. İslam Cümhuriyyəti Urmiyə də daxil olmaqla Güney Azərbaycanda ana dilində təhsil tələbinə təhlükəsizlik məsələsi kimi baxmaqda davam edir.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV Aug.10.2020: PARLAQ GƏLƏCƏK: İran rejiminin orta doğu'daki siyasəti çökür, İran rejiminin orta doğu'daki siyasəti çökür

2020-08-10

gun az article

Vali müavini: Tikantəpə qızıl mədəni gəlirlərinin bölgəyə aid hissəsini ödənilmir

2020-08-10

gun az article

Yol qəzasında dünyasını dəyişən milli fəal Bəhmən Xaliqinin qardaşı həbs edilib

2020-08-10

gun az article

Anti-Azərbaycan qüvvələrin təzyiqi nəticəsində Təbrizdə Təkəmçilər heykəli qaldırılıb

2020-08-10

gun az article

Qərbi Azərbaycanda koronavirus qurbanlarının sayı 794 nəfərə çatıb

2020-08-10

gun az article

Güney azərbaycanlı milli fəal Bəhmən Xaliqi yol qəzasında dünyasını dəyişib

2020-08-10

gun az article

Həbsdə olan azərbaycanlı fəal Behnam Şeyxidə koronavirus simptomları görünüb

2020-08-10

gun az article

Güney azərbaycanlı milli fəal təhdid edilib

2020-08-10

gun az article

Güney Azərbaycanın Mərənd vilayətində ətraf mühit faciəsi baş verib

2020-08-09

gun az article

Güney azərbaycanlı milli fəal Mehdi Əmirinəjad sərbəst buraxılıb

2020-08-09

gun az article

Güney azərbaycanlı milli fəal Əkbər Sadiqi saxlanılıb

2020-08-09

gun az article

Qərbi Azərbaycanda koronavirus qurbanlarının sayı 784 nəfərə çatıb

2020-08-09

gun az article

Güney Azərbaycanda daha 1 həkim koronavirusdan ölüb

2020-08-09

gun az article

Ana dili uğrunda həbs edilən fəalların azadlığını tələb edən  10 mindən çox tvit paylaşılıb

2020-08-09

gun az article

Qərbi Azərbaycanda baş verən silahlı qarşıdurmada İran sərhədçisi həlak olub

2020-08-08

gun az article

Ərdəbil əyalətində daha 3 nəfər koronavirusdan ölüb, əlavə 25 nəfər xəstəliyə yoluxub

2020-08-08

gun az article

Şərqi Azərbaycanda baş verən iki yol qəzasında 15 nəfər yaralanıb, 1 nəfər ölüb

2020-08-08

gun az article

Məsud Pezeşkiyan koronavirusa yoluxub

2020-08-08

gun az article

GünazTV July.07.2020: Azadlıq səsi: Beyrutda baş verən partlayış və səbəblər

2020-08-08

gun az article

GünazTV Aug.07.2020-QADINCA: Rafiq Tağı işığında ədəbiyyat, din, İran

2020-08-08