Urmiyədə məntəqələrin birinə kürd bələdiyyə başqanı təyin edildi, PKK və İran rejimi...

Urmiyədə məntəqələrin birinə kürd bələdiyyə başqanı təyin edildi, PKK və İran rejimi...

GünAz TV: Son vaxtlar Ruhani hökuməti dəstəklədiyi kürd terror qruplaşmalarının tələbini təmin etmək məqsədi ilə ilamlı radikal kürd Fridun Hümmətini Qərbi Azərbaycanın valı postuna təyin etmək istəyirdi, lakin yerli əhalinin ayıq-sayıqlığı və bir sıra azərbaycanlı məsulların etirazı nəticəsində bu mumkun olmadı, rejim geri addım qərarını dəyişdi.

 

Lakin İraq Kürdistanında separatçı referendumun keçirildiyi və kürd terror qruplaşmalarının Güney Azərbaycanın qərb bölgəsinə gülünc iddialarının artdığı bir vaxtda Urmiyədə diqqətçəkən bir təyinatla bağlı xəbər yayılıb. Məlumata görə, Urmiyənin Bələdiyyə başçısı bu şəhərin 3 nömrəli məntəqəsinin bələdiyyə başçısı postuna bir kürdü təyin edib. Bu təyinatın Tehranın göstərişi ilə olduğu və kürd terror qruplaşmalarının bölgənin kürdləşdirilməsi hədəfinə xidmət etməsi kimsədə şübhə doğurmur.

 

PKK, Pjak və s. kimi kürd terror qruplaşmaları Güney Azərbaycanın qərb bölgəsini kürdləşdirərək bölgəni xəyali böyük Kürdistanın bir hissəsinə çevirmək istəyirlər. İran rejiminin də dəstək verdiyi plan müxtəlif üsullar, o cümlədən bölgədə kürd yerli məsulların sayını artırmaqla həyata keçirilir. Şübhəsiz ki, böyük xəyali Kürdistana xidmət edən bu gizli plan Azərbaycan türk millətinin ciddi nigaranlığına çevrilib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN