Urmiyədə “Pejak” terrorçularının yerləşdirdiyi partlayıcı maddə zərərsizləşdirilib

Urmiyədə “Pejak” terrorçularının yerləşdirdiyi partlayıcı maddə zərərsizləşdirilib

GünAz TV: Güney Azərbaycanın Urmiyə şəhərində turistlərin hərəkət etdiyi ərazidə partlayıcı maddə tapılıb.

 

Məlumata görə, “Pejak” terrorçuları tərəfindən yerləşdirilən partlayıcı maddə təhlükəsizlik qüvvələri tərəfindən aşkar edilərək zərərsizləşdirilib.


Banı kəndində (Marmişo gölünə tərəf) yerləşdirilən partlayıcı maddə mülki şəxslər və turistlərin hərəkət etdiyi ərazidə aşkar olunub.

 

“Əncümən-i bi`tavan” Polis İdarəsində etibarlı mənbəyə istinadən yazır ki, “Urmiyə bölgəsinin füsunkar təbiəti yaz fəslində turistləri daha çox cəlb edir. Urmiyənin Tərgür və Mərgür məntəqələri beynəlxalq turizm məntəqəsinə çevrilmək potensialına malikdir. Təəssüflə “Pejak” kürd qruplaşması kimi terrorçu qruplar bu bölgədə təhlükəli vəziyyət yaradaraq bölgənin iqtisadi və ictimai inkişafına mane olurlar”.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN