Urmiyədə Qarapapaq elinə həsr olunmuş sərgi keçirilir

2016-12-31 06:08

GünAz TV: Dekabrın 29-da Urmiyə İncəsənət Hövzəsinin sərgi salonunda Qarapapaq elinə həsr olunmuş foto-sərginin açılış mərasimi keçirilib.

 

Çox sayda azərbaycanlı ictimai, siyasi və mədəni fəalın qatıldığı sərgi insanlar tərəfindən böyük rəğbətlə qarşılanıb.

 

Azərbaycan Mədəniyyət və Ədəbiyyat Mərkəzinin Planlaşdırma Şurasının üzvü cənab Təbatəbayi, azərbaycanlı mədəni fəal Rza Dağistani və tarixçi-alim Məhərrəm Pərizad mərasimdə çıxış edərək keçirilən sərgi və Qarapapaq eli barədə geniş məlumat veriblər.

 

“Urmiyədə Sulduz şəhərindən olan təxminən 20-30 min nəfər qarapapaq yaşayır. Təəssüflər olsun ki, qarapapaq eli ilə bağlı tarixi kitab və mənbələr olduqca məhduddur. Bu məsələ gələcəkdə Qarapapaq eli və onun tarixinin unudulmasına səbəb ola bilər. Ona görə də, bu elin Əmir Fəllah, Xosrəvi və s. kimi ağsaqqalları və ictimaiyyət nümayəndələrinin yardımı ilə belə bir sərginin keçirilməsinə qərar verdik. Mövzu ilə bağlı əldə etdiyimiz bəzi sənəd və şəkilləri sərgidə nümayiş etdirdik. Biz çalışdıq ki, Azərbaycan xalqı, xüsusi ilə də Qarapapaq elinin mədəniyyətini gələcək nəsillərə öturmək üçün onu müəyyən qədər canlandıraq”- deyə Rza Dağistani bildirib.

 

Mərasimdə Azərbaycan türkcəsində şeirlər oxunub və Rza Puyəndə tərəfindən musiqi parçası ifa olunub.

 

Sərgi 2017-ci il yanvarın 5-dək hər gün yerli vaxtla saat 10:00-dan  13:00-a və 17:00-dan 20:00-dək açıq olacaq.

 

N.S

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV Jan.25.2021: Paylaşım programı, 26-cı Bölüm.

2021-01-25

gun az article

Əhərin 30 kəndində təhsil kaneks məktəblərdə aparılır

2021-01-25

gun az article

Hökumət Zəncanın 50 illik "Cahan” bitki yağı zavodunu "özəlləşdirmə"klə yüzlərlə insanı işsız qoyub

2021-01-25

gun az article

Marağa-Sərəskənd yolunda baş verən qəzada 8 nəfər ölüb və yaralanıb

2021-01-25

gun az article

İranın Mədəni İrs nazirliyi Əhərin qayaüstü yazıları və qədim mağaralarına yiyə durmur+fotolar

2021-01-25

gun az article

Binab Azad Universitetinin müəllim heyəti və işçiləri etiraz aksiyası keçirib

2021-01-25

gun az article

Yusif kari ilə görüş; güneyli milli-mədəni fəalın qısa bioqrafiyası+video

2021-01-25

gun az article

Təbrizdə silahlı hücum nəticəsində dövlət məmuru öldürülüb

2021-01-25

gun az article

Traxtur komandasının qələbəsi əlbəyaxa davaya çevrilib-Traxturun qapıçısı xəstəxanaya yerləşdirilib+video,fotolar

2021-01-24

gun az article

Çaldıranda 3 antik əşya qaçaqmalçısı həyatını itirib

2021-01-24

gun az article

Milli fəal Əfşar Muhib təhlükəsizlik məmurları tərəfindən dindirilib

2021-01-24

gun az article

Azadlıq radiosunun bu həftəki qonağı güneyli siyasi məhbus Rza Vasiqi olub+video

2021-01-24

gun az article

Qarabağ məhkumu Rza Seyid Nuri bəraət alıb

2021-01-24

gun az article

Şərqi Azərbaycanın dörd tarixi karvansarayı ümumdünya mədəni irs siyahısına salınmağa namzəddir

2021-01-23

gun az article

İran-Türkiyə sərhəddində itkin düşən 5 nəfərin axtarışı davam edir

2021-01-23

gun az article

Sarab yenidən -30C dərəcə şaxta ilə ölkənin ən soyuq şəhəri olub

2021-01-23

gun az article

Güney Azərbaycanın "Qocalar ölmz" türk filmi Barselona Film Festivalında ən yaxşı ssenari ödülünü qazanıb

2021-01-23

gun az article

Sulduzda mübahisəli şəxsiyyəti ilə tanınan “Molla Həsəni”nin heykəli qoyulacaq

2021-01-23

gun az article

Adının türkcə olduğuna görə azərbaycanlı körpə “Ayıl”a sənəd verilmir

2021-01-23

gun az article

GünazTV Jan.22.2021: Körpü: Qara Yanvar:Quzey və Güney Azərbaycan Milli Hərəkatında Təsirləri

2021-01-23