Urmiyədə Şəhər Şurası seçkilərinin yekun nəticəsi elan olundu – RƏSMİ

Urmiyədə Şəhər Şurası seçkilərinin yekun nəticəsi elan olundu – RƏSMİ

GünAz TV: Seçkilərin keçirilməsindən 20 gün sonra nəhayət ki, Urmiyə Şəhər Şurası seçkilərinin yekun nəticəsi rəsmi olaraq açıqlandı.

 

Bu barədə Urmiyə Şəhər İcra Hakimiyyəti başçısı Abbas Həsənxani məlumat verib.

 

“Urmiyədə namizədlərdən 32-i Şəhər Şurası seçkilərinin nəticəsinə etiraz edirdi. Bu səbəbdən bir sıra sandıqların səsləri, İcra və Nəzarət Heyəti üzvlərinin gözü qarşısında yenidən sayıldı. Nəticədə əvəzedici üzvlər siyahısından Məsud Paki, əsas üzvlər siyahısına, Şahin Abbasinəjadın yerinə seçildi. M.Paki siyahının 11-i yerində qərarlaşdı”- deyə İcra Hakimiyyəti başçısı mətbuata bildirib.

 

A.Həsənxani qeyd edib ki, artıq Urmiyənin 5-i Şəhər Şurası seçkilərinin nəticəsi rəsmən təqdiqlənib, şikayətçilər 2 gün ərzində öz etirazlarını Qərbi Azərbaycan Nəzarət Heyətinə bildirə bilərlər.

 

Urmiyə Şəhər Şurasının əsas üzvləri:

1.Murtaza Piri   

2.Hüseyn Pənahi

3.Rəsul Əsğərzadə

4.Hüseyn Bəxşayeşi

5.Məhəmmədrza Əlizadə İmamzadə

6.Adil Fəttahi  

7. Əbdulrəhman Nəqşin 

8.Məhəmməd Xalid Hatəmi

9.Məhəmməd Xəlilpur  

10.Zülfəli İbrahimi       

11.Məsud Paki

 

Əvəzedici üzvlər:

1.Şahin Abbasinəjad

2.Murtaza Mənafi

3.Səccad Xezerlu

4.Sadiq Təvəkküli

5.Əli Dəllayimilan

6.Murtaza Bəhram

7.Mir Əli Məhəmmədi

 

Qeyd edək ki, Azərbaycan Milli Hərəkat fəalları Urmiyədə seçki nəticəsinin elan olunmasının gecikləndirilməsini növbəti saxtakarlıq cəhdi kimi qiymətləndirir. Bundan öncə təhlükəsizlik orqanlarının müdaxiləsi ilə Urmiyə Şəhər Şurasına seçilən 11 namizəddən 4-nun mühacir kürdlərdən olduğu açıqlanmışdır. Seçkilərdən öncə də oxşar müdaxilələr qeydə alınmışdır. İslam İnqilabı Keşikçilər Korpusu (“Sepah”) mühacir kürdlərin Şəhər Şurasına yol tapması üçün dəfələrlə tədbir keçirib, onların koalisiyasını yaratmağa çalışmışdır. Azərbaycan Milli Hərəkat fəalları isə gizli planları ifşa edərək onların tam olaraq reallaşmasına mane olmuşdur. 

 

Qeyd edək ki, İranda 12-ci prezident və 5-ci Şəhər Şurası seçkiləri mayın 19-da keçirilib.

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN