Urmiyənin tarixi “Doqquz Pillə” binasında restoran açıldı, binanın adı təhrif edildi

Urmiyənin tarixi “Doqquz Pillə” binasında restoran açıldı, binanın adı təhrif edildi

GünAz TV: Urmiyənin tarixi “Doqquz Pillə” binasında ənənəvi restoran açılıb.

 

Restoranın açılış mərasimində onun özəl sektora buraxıldığı məlum olub.

 

Açılış mərasimində Şərqi Azərbaycan Turizm, Əl işləri və Mədəni İrs Təşkilatının rəisi Cəlil Cabbari çıxış edib.

 

“Tarixi məkanların özəl sektora ötürülməsi həm onun qorunub saxlanılması, həm də yeni iş yerlərinin yaradılması baxımından önəmlidir. Ona görə də qanuna uyğun olaraq Qərbi Azərbaycanda olan bir sıra tarixi məkanları özəl sektora buraxmağa hazırıq. Burada əsas məsələ odur ki, tarixi binalara ziyan dəymələlidir və orada görüləcək iş binanın tarixi-mədəni kimliyinə uyğun olmalıdır”- deyə o vurğulayıb.   

 

C.Cəbbari çıxışının sonunda əlavə edib ki, “bu bina Urmiyənin önəmli tarixi binalarından biridir, ona görə də restoran sahibinə bildirilib ki, binaya ziyan vurmamaq üçün orada yemək hazırlamaq olmaz, bu iş yalnız binanın çölündə görülə bilər.”

 

Tarixi bina diqqətdən kənarda qalıb dağılmaqdansa, onu özəl sektora təhvil vermək daha məqsədə uyğundur. Lakin tarixi məkanın heç bir şəkildə adı təhrif edilməməlidir. Halbuki, restorana “Doqquz Pillə” deyil, “Yəxçal” restoranı adı verilib. Bu isə tarixi binanın adının açıq-aşkar təhrif edildiyini göstərir.

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN