Urmu gölü böhranı ilə bağlı ümumi etirazlara Çağırış

Urmu gölü böhranı ilə bağlı ümumi etirazlara Çağırış

GünAz TV: Azərbaycan Milli Hərəkatının bir qrup fəalı Urmu gölündə dərinləşən böhranla bağlı bütün şəhərlərdə dinc kütləvi etiraz aksiyaları planlaşdırır.

 

Fəallar bununla bağlı Güney Azərbaycanın müxtəlif şəhərlərində bildiriş yayaraq hər kəsi dinc və mədəni etirazlara qatılmağa çağırıblar. Bildirişdə səlahiyyətli orqanlar və müxtəlif qurumların Urmu gölü böhranı ilə bağlı fəaliyyətlərinin yararsız və nəticəsiz olduğu vurğulanıb.

 

Bildirişə əsasən dinc etiraz yığıncağı sentyabrın 23-ü yerli vaxtla saat 17:00-da rəsmi orqanlar, o cümlədən Valilik və İcra Hakimiyyəti (fərmandari) binaları qarşısında təşkil olunacaq.

 

Bildirişdə vurğulanıb ki, “yığıncağa qatılmaq istəyən əhalinin bir neçə yerə dağılmaması üçün insanlar böyük şəhərlərdə yalnız Valilik binaları qarşısında toplaşsın, başqa yerlərdə hər hansı yığıncaq keçirilməsin.”

 

Bildiriş:

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN