Urmu gölündə suyun səviyyəsi 28 santimetr aşağı düşüb

Urmu gölündə suyun səviyyəsi 28 santimetr aşağı düşüb

GünAz TV: Statistik məlumata görə, Urmu gölündə suyun səviyyəsi 28 santimetr aşağı düşüb.

 

İran mətbuatında yayılan məlumata əsasən, bu barədə Su Araşdırmalar Mərkəzi rəsmi açıqlama yayıb. Statistik məlumatda bildirilir ki, hazırda Urmu gölündə suyun səviyyəsi ötən ilin sentyabr (şəhrivər) ayı ilə müqayisədə 28 santimetr aşağı düşüb.

 

Həmçinin qeyd olunub ki, Urmu gölündə su səviyyəsi tarazlığı hazırda 1270.35 metrə çatıb. Bu rəqəm, su tarazlığı ilə bağlı qeydə alınan ən aşağı rəqəmdən sadəcə 31 santimetr yüksəkdir.

 

Su Araşdırmalar Mərkəzinin açıqlamasında həmçinin bildirilir ki, Urmu gölünün sahəsi ötən illə müqayisədə 330 kvadrat kilometr azalaraq 1819 kavadrat kilometrə çatıb.

 

Qeyd edək ki, İran prezidenti Həsən Ruhani təxminən 4 il yarım öncə seçkiqabağı təbliğat-təşviqat dönəmində Urmu gölünün canlandırılması və Türk Dili və Ədəbiyyatı Mədəniyyət Evinin yaradılacağına dair vəd vermişdir. Artıq ikinci dəfə prezident seçilərək rəsmən fəaliyyətə başlayan H.Ruhaninin verdiyi vədlərin heç biri yerinə yetirilməyib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN