Urmu gölünün Rəhmanlı limanı quruyub – Görüntü

Urmu gölünün Rəhmanlı limanı quruyub – Görüntü

GünAz TV: Güney Azərbaycanın Urmu gölü və ətraf ərazilərdə ekoloji vəziyyət getdikcə ağırlaşır.

 

Son günlərdə Urmu gölünün Rəhmanlı limanının quruduğunu əks etdirən şəkillər yayılıb, şəkillərdə göründüyü kimi limanın suyu təmami ilə quruyub.

 

Rəhmanlı limanı Əcəbşer şəhərinin 10 kilometrliyində yerləşir. Bu liman vaxtı ilə ticarətçilər tərəfindən aktiv şəkildə istifadə olunub. Belə ki, Urmiyədə dəmir yolu xətti olmadığı üçün ticarətçilər gəmilərlə mallarını bu limana gətirib, oradan İranın müxtəlif məntəqələrinə göndərərdilər.

 

Rəhmanlı limanı həmçinin bölgənin turizm mərkəzlərindən biri kimi də məşhur olub. Urmu gölündə yaşanan problemlərdən sonra limanda olan hər şey artrıq sıradan çıxıb, liman təmami ilə quruyub.

 

Ötən günlərdə Urmu gölünün dərin və şimal tərəfində yerləşən böyük Şərəfxana limanının da quruduğunu göstərən görüntülər təqdim etmişdik.

 

Şərəfxana limanı Şərqi Azərbaycan Əyalətinin Şəbistər məntəqəsində yerləşir, onunla Təbriz şəhəri arasında 90 kilometr məsafə var.

 

Qeyd edək ki, İran prezidenti Həsən Ruhani təxminən 4 il yarım öncə seçkiqabağı təbliğat-təşviqat dönəmində Urmu gölünün canlandırılması və Türk Dili və Ədəbiyyatı Mədəniyyət Evinin yaradılacağına dair vəd vermişdir. Artıq ikinci dəfə prezident seçilərək rəsmən fəaliyyətə başlayan H.Ruhaninin verdiyi vədlərin heç biri yerinə yetirilməyib.

 

Rəhmanlı limanı:

 

 

 

 

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN