Urmu gölünün şəkili “Traxtur” oyunçularının geyimi üzərində əks olunacaq

Urmu gölünün şəkili “Traxtur” oyunçularının geyimi üzərində əks olunacaq

GünAz TV: “Güney Azərbaycanın Urmu gölünün şəkili, super liqa yarışlarının 8-ci həftəsindən “Traxtur” oyunçularının geyimi üzərində əks olunacaq”. Bu barədə İran mətbuatı “Traxtur” klubunun müdir-amili Mustafa Acurluya istinadən məlumat yayıb.

“Biz Urmu gölünün canlandırılması üçün əlimizdən gələn her şeyi edirik. Azərbaycanın mövcudluğu bir növ Urmu gölü ilə bağlıdır, ona görə də bu gölün canlanması bizim üçün çox önəmlidir. Gölün dirçəlməsi ölkənin ətraf-mühitinə də çox müsbət təsir edər”- deyə M.Acurlu bildirib.

Yayılan məlumata görə, “Traxtur” klubunun rəsmisi “Mən Urmu gölüyəm” kampaniyasına qatıldıqdan qısa müddət sonra “Traxtur” oyunçularının geyimi üzərində Urmu gölü görüntüsünü əks etdirmək qərarına gəlib.

N.S

Açar Sözlər

Güney Azərbaycan

HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN