Vergi qanunlarına etiraz olaraq bağlanan qızıl mağazaları açıldı – Zəncanda

Vergi qanunlarına etiraz olaraq bağlanan qızıl mağazaları açıldı – Zəncanda

GünAz TV: Zəncanda qızıl mağazaları 8 gün bağlı qaldıqdan sonra yanvarın 3-dən yenidən  fəaliyyətə başlayıb.

 

Bu barədə Zəncan Zərgərlər Dərnəyinin rəisi Məhəmməd Səfayi “Fars” xəbər agentliyinə danışıb.

 

“Zəncanda qızıl mağazalarına bir neçə milyon tümənlik əlavə dəyər vergisi ilə bağlı xəbərdarlıq edildikdən sonra, zərgərlər buna etiraz olaraq iş yerlərini bağlayıb və öz fəaliyyətlərini dayandırdılar. Lakin bu barədə səlahiyyətli orqanlarla görüşlər keçirildi və müəyyən vədlər aldıqdan sonra qızıl bazarı yenidən fəaliyyətə başladı”- deyə Dərnək rəisi bildirib.

 

Onun sözlərinə görə, son 8 gündə Zəncanda Nur ticarət kompleksi  və Tehran ticarət mərkəzində yerləşən bütün qızıl mağazaları qapılarını müştərilərin üzünə bağlayıb.

 

Qeyd edək ki, Zərgərlər, dövlətin qızıl mağazaları üçün nəzərdə tutduğu 9 faiz əlavə dəyər vergisi ilə bağlı açıqlamasından sonra belə bir qərara gəlmişdilər. Onlar noyabrın 22-i və dekabrın 3-də də oxşar etiraz aksiyasına əl atmışdılar.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN