Xalxalın Tuleş kəndinin məktəb binası acınacaqlı vəziyyətdədir - GÖRÜNTÜ

Xalxalın Tuleş kəndinin məktəb binası acınacaqlı vəziyyətdədir - GÖRÜNTÜ

GünAz TV: Ərdəbil Əyalətində yerləşən Xalxal şəhərinin kəndlərində şagirdlər ağır şəraitdə təhsil alır.

 

Xalxalın Tuleş kəndinin məktəbindən çəkilmiş şəkil onun təhsil ocağından daha çox, müharibə məntəqəsində tərk edilmiş bir xarabalığa oxşadığını göstərir.

 

Şəkil “İrna” xəbər agentliyi tərəfindən yayılıb.

 

“Tuleş kəndinin şagirdləri uzun müddətdir ki, təhlükəli bir məktəbdə təhsil alır. Bu kənddə 10 ildən çoxdur ki,  yeni məktəb binasının təməlqoyma mərasimi keçirilib, lakin inşaat layihəsi olduğu kimi qalıb”- deyə agentliyin yaydığı məlumatda qeyd olunub.

 

Ərdəbil Əyalətinin əksər sağır və öyrənciləri, təhsil ocaqları binalarının təhlükəli vəziyyətdə olması və təhsil sahəsində olan digər müxtəlif problemlərdən əziyyət çəkir. Ötən mart ayında Ərdəbil Şəhər İcra Hakimiyyətinin başçısı Təhsil Şöbəsinin keçirdiyi iclasda demişdir ki, “hazırda əyalətdəki məktəb binalarının yalnız 61 faizi normal vəziyyətdədir, qalan binalar təbii fəlakətlər qarşısında zəifdir. Bu hesabla 6-cı inkişaf proqramında hər il Ərdəbil Əyalətində 714 dərs otağında təmir, yenidənqurma və bərpa işləri aparılmalıdır.”

 

Qeyd edək ki, son zamanlar Güney Azərbaycanın müxtəlif bölgələrində təhsil ocaqları və məktəb binalarının bərbad vəziyyətdə olması mətbuatın gündəmindən düşmür. Təhsil sahəsində yaşanan problem vaxtaşırı yerli məsulların etirazına səbəb olsa da, problemi aradan qaldırmaq üçün dövlət tərəfindən heç bir ciddi addım atılmır. Bölgədə tikilən məktəb binalarının əksəriyyəti isə yerli xeyriyyəçilər tərəfindən inşa olunur.

 

 

 

 

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN